24 C
Baku
Friday, April 26, 2024

Biznes analitik – Ziraat Bank Azərbaycan ASC

0
Biznes analitik – Ziraat Bank Azərbaycan ASC
Bakı
13.10.2021

“Ziraat Bank Azərbaycan” ASC İnformasiya Texnologiyaları Departamentinə Biznes analitik vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• İnformasiya texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr dərəcəsində ali təhsil;
• Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
• Bank sektorunda minimum 3 il iş təcrübəsi;
• IT analitika, Biznes analitika və ya oxşar sahədə iş təcrübəsi;
• Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək bacarığı;
• Biznesin tələblərini anlamaq;
• Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmə təcrübəsi;
• Proqram təminatının tətbiq edilməsi prosesi haqqında biliklər;
• Rus və ya ingilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
• SQL üzrə biliklər;
• Funksional spesifikasiyanın yazılması və yaradılması;
• Problem həll etmə bacarığı və analitik təfəkkür.

Əsas vəzifələr:

• Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
• Tələblərin izlənilməsi;
• Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
• İnternet bankçılıqda və ya Əsas bank sistemi üzrə dəyişikliklərin/yeniliklərin tətbiq olunması;
• Biznes tələblərə görə hesabatların hazırlanması;
• Yeni funksionallığın test olunması və tətbiq olunması;
• Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması;
• Daima yeni texnologiyalar haqqında biliklərin öyrənilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Noyabr ayının 30-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes analitik” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT