Bakı
03.07.2024
Əsas vəzifələr:
- Layihələrin müəyyənləşdirilməsi, prioritetləşdirilməsi və həyata keçirilməsi üçün müvafiq struktur bölmə rəhbərləri ilə əməkdaşlığın təmin edilməsi;
- Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartlarına və tələblərinə əsasən layihənin idarə edilməsi;
- Layihə üzrə Büronun təmsil edilməsi, digər müvafiq qurumlarla əlaqələrin qurulması və tənzimlənməsi;
- Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
- Strateji təhlilin və layihələrin icrasında mövcud boşluqların mütəmadi əhatəli təhlilinin həyata keçirilməsi, risklərin və resursların analizi, onların həlli istiqamətində tədbirlərin görülməsi;
- Təhlil nəticələri və təkliflərin rəhbərliyə və digər maraqlı tərəflərə təqdim etmək;
- İcbari sığorta məhsullarının performansını və bazar tendensiyalarını izlənməsi və təhlil edilməsi;
- Yeni layihələrin hazırlanması və mövcud layihələr üzrə proseslərin təkmilləşdirilməsi;
- Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi;
- Şöbə və bölmələr arası əməkdaşlığın və innovativ komanda mühitini təşviq etmək.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- İT layihələr üzrə rəhbəri kimi ən azı 3-5 il iş təcrübəsi;
- PMP və ya digər müvafiq layihə idarəetmə üzrə sertifikatı olması üstünlükdür;
- Proses xəritələri, cədvəlləri və fəaliyyət planlarını hazırlamaq və şərh etmək bacarığı;
- BPMN 2.0 proseslərinin modelləşdirilməsi və idarə edilməsi sahəsində bilik və təcrübə üstünlük hesab olunur;
- Jira proqramı üzrə layihələrin idarəedilməsi, izlənməsi üzrə təcrübə olması üstünlükdür;
- MS Project üzrə biliklər arzu olunandır;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
- Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
- Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
- Analitik, strateji, həll yönümlü və tənqidi düşünmə qabiliyyəti;
- Liderlik və komanda idarəetmə bacarıqları;
- Gərgin iş rejimində işləmək bacarığı;
Namizədlər (subject) yerinə vəzifənin adını qeyd etməklə elektron poçt ünvanına göndərə bilərsiniz.