Biznes Proseslərin İdarə Olunması üzrə kiçik mütəxəssis – PASHA Bank

    Bakı
    Posted 2 weeks ago

    PASHA Bank Biznes Proseslərin İdarə Olunması üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

    Vəzifənin məqsədi

    Bankın normativ sənədlər bazasının requlyator tələblərə uyğun olaraq idarə edilməsinə cavabdehdir.

    Vəzifə Öhdəliyi

    – Bankın normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s. ) qanunvericiliyə uyğunluğunu tənzimləmək
    – Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasını təmin etmək
    – Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə İR və Biznes vahidlərinə lazımi dəstək göstərmək
    – Bütün struktur vahidləri ilə birlikdə Biznes Proseslər toplusunu (BPU) hazırlanmaq
    – Proseslərin hazırlanması, təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələri həyata keçirilmək
    – Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təklifləri və prosesin arzu olunan halını hazırlanmaq
    – Biznes proseslərdə dəyişikliklərin aydın göstərilməsi, anlaşılması və ifadə edilməsini təmin etmək məqsədilə digər vahidlərlə sıx əməkdaşlıq etmək
    – Prosesin optimizasiyası, dərindən analizi, prosesin icrasının hesabatını hazırlamaq
    – Prosesdəki uyğunsuzluqlar, daxili partnyorların sistematik səhvləri, prosesin fazaları və səmərəliliyi haqqında şikayətləri araşdırmaq
    – Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

    Tələb edilən bilik, bacarıq və təcrübə

    • Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
    • İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
    • Lisenziya/ Sertifikat: N/A
    • Xarici dil: İngilis dili (səlis), Rus (səlis)
    • Kompüter bilikləri: Microsoft Office, Microsoft Visio, Minitab
    • Digər: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

    Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “BPİ kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.

    Job Features

    Job CategoryBank və BOKT işçisi

    Apply Online