8 C
Baku
Thursday, December 12, 2024

Biznes Proseslərin İnkişafı Departamentin, Rəqəmsal Xidmətlərin Tətbiqi Şöbəsinin Eksperti – Rabitəbank

0
Biznes Proseslərin İnkişafı Departamentin, Rəqəmsal Xidmətlərin Tətbiqi Şöbəsinin Eksperti – Rabitəbank
Bakı
30.06.2021

“Rabitabank” ASC  Biznes Proseslərin İnkişafı Departamentin Rəqəmsal Xidmətlərin Tətbiqi Şöbəsində Ekspert vakansiyası üzrə işə qəbul elan edir.

 

Əsas vəzifələr:

Bankın rəqəmsal mobil tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;

İşlənilmiş rəqəmsal həllərin funksional testi;

Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;

Rəqəmsal tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;

Daxili hesabatların hazırlanması və onların təhlili;

Rəqəmsal tətbiqlərin daxili biznes-məntiqinin inkişaf etdirilməsi.

 

Namizədə olan tələblər:

Ali təhsil;

Müvafiq sahədə azı 4 il iş təcrübəsi;

Digər strukturlarla yüksək ünsiyyət və əməkdaşlıq qabiliyyəti;

Analitik düşüncə, texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;

Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;

Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;

Təşəbbüskarlıq, yaradıcıllıq və innovasiyalara meyillik;

Öyrənməyə və şəxsi inkişafa meyillilik;

Azərbaycan, Rus  və İngilis dili üzrə  biliklər.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes prosesleri eksperti” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi