12 C
Baku
Thursday, March 28, 2024

IT Təhlükəsizliyi üzrə mütəxəssis – Rabitəbank

0
IT Təhlükəsizliyi üzrə mütəxəssis – Rabitəbank
Bakı
30.06.2021

“Rabitabank” ASC  IT Təhlükəsizliyi üzrə mütəxəssis  vakansiyası üzrə işə qəbul elan edir.

Əsas vəzifələr:

– İnsidentlərin aşkarlanması və analiz olunması

– Mövcud servislərin dayanıqlılığının və təhlükəsizliyinin təmin edilməsi;

– İnformasiya resurslarına giriş hüquqlarının təmin edilməsinə və onların istifadəsinə nəzarət;

– Fövqaladə hallarda imformasiya sistemləri üzrə fəaliyyətin davamlığı prosedurlara nəzarət etmək;

– Bankda İT təhlükəsizliyinin standartlarının və prosedurlarının tədbiq  edilməsini həyata keçirmək;

– İT təhlükəsizlik nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq;

– İnformasiyanın qorunması üzrə texniki vasitələrin test edilməsi, tətbiqi və istismarı;

– İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsində iştirak;

– İT infrastrukturu obyektlərinin dövrünün bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi;

– İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, qeydiyyatı, təhlili və onların təhqiqatında tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi;

– Əməkdaşların informasiya təhlükəsizliyi tələbləri ilə tanış olması üçün təlimlərin keçirilməsi;

– Elektron imzaların təmzinlənməsini həyata keçirmək;

 

Namizədə olan tələblər:

– Ali təhsil;

– İnformasiya təhlükəsizliyi sahəsində 1 ildən az olmayan iş təcrübəsi;

– Azərbaycan, Rus və İngilis (texniki) dillərini yaxşı səviyyədə bilmək;

– Endpoint Security və Embedded Systems Security üzrə biliklər;

– Active Directory, DNS, WSUS, DHCP, GPO üzrə biliklərə sahib;

– DLP, SIEM, IDS/IPS, E-mail Security, Web Application Firewall (F5, Imperva) üzrə biliklər,

– Vulnerability Scanners (Nessus, Rapid7, Openvas) üzrə biliklər;

– Verilənlər bazası, web servislər  və kod təhlükəsizliyi üzrə təməl biliklərin olması;

– Şəbəkə təhlükəsizliyi üzrə anlayışların və biliklərin olması;

– İT İnfrastrukturu üzrə monitorinqdən toplanan təhlükəsizlik loqlarının emalı və nəticə üzrə işin planlanmasını təmin etmək.

– Linux ƏS üzrə biliklər;

– Təhlükəsizlik üzrə sənədləşmə işlərinin həyata keçirilməsi və hesabatların hazırlanması bacarığı;

– Təhlükəsizlik təhdidləri və riskləri barədə məlumatlı olması;

Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;

– Ünsiyyətqurma və komandada işləmək bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “IT Təhlükəsizliyi üzrə mütəxəssis” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT