2 C
Baku
Sunday, December 15, 2024

Biznes proseslərin təkmilləşdirilməsi üzrə Ekspert – “Rabitəbank” ASC

0
Biznes proseslərin təkmilləşdirilməsi üzrə Ekspert – “Rabitəbank” ASC
08.11.2019

Rabitəbank” ASC Biznes proseslərinin təkmilləşdirilməsi üzrə Ekspert vakansiyası üzrə işə qəbul elan edir.

  • Mövcud biznes proseslərin təhlili, təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
  • Biznes proseslərin xəritəsinin hazırlanması (blok-sxeminin hazırlanması);
  • Yeni proseslərin / məhsulların yaradılmasında metodoloji dəstək göstərilməsi;
  • Bankın bütün fəaliyyət istiqamətlərində biznes-proseslərin sənədləşdirilməsi, normativ sənədlərin hazırlanması;
  • Müəyyən edilmiş və ya optimallaşdırılması təklif olunan biznes proseslər üzrə metodologiyanın (normativ sənədlər, texniki tapşırıqlar və s.) hazırlanması;
  • Biznes proseslərin dəyişdirilməsi üzrə ehtiyacların müəyyən edilməsi məqsədi ilə struktur bölmələrlə komunikasiya qurulması;
  • İşlərin prosedur və təlimatlara uyğun görülməsi;
  • Cavabdeh olduğu iş sahələri üzrə muvafiq hesabatların hazırlanması.

Namizədə olan tələblər:

Təhsil : Ali

İş təcrübəsi : 3 ildən 5 ilə qədər

Yaş : – 

Yüksək ünsiyyətqurma və əməkdaşlıq qabiliyyəti;
Texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;
Müştəri xidmətləri, kredit, plastik kartlar və əmanət məhsulları barədə biliklər;
Bank qanunvericiliyini yaxşı səviyyədə bilmək;
Bank əməliyyat sisteminin qurulması zamanı layihədə iştirak təcrübəsi arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi