29.03.2024
Vakansiyanın təsviri
- Kommersiya məlumatlarının (bazar və biznes) müqayisəsi, təhlili, hazırlanması, saxlanması və müntəzəm hesabatların verilməsinin təmin edilməsi,
- Statistik məlumatların əldə edilməsi və analitik dəstəyin təmin edilməsi,
- Bazar araşdırmalarının mütəmadi həyata keçirilməsi və hesabatların təqdim edilməsi,
- Bazarın vəziyyətinin araşdırılması və biznes qərarlarının verilməsi üçün səmərələşdirici təkliflərin irəli sürülməsi,
- Biznesin inkişafı üçün sənayeyönümlü müqayisəli qiymətləndirmənin (benchmark) layihələndirilməsi və aparılması.
Xüsusi tələblər
- Ali təhsil (biznes, marketinq, və ya iqtisadiyyatın digər sahələri üzrə)
- Bazarın tədqiqi üzrə bilik və analitik düşünmə bacarığı
- 1 ilədək əlaqədər sahədə təcrübə proqramlarında iştirak arzuolunandır
- Azərbaycan və ingilis dilində əla səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları
- Peşəkar səviyyədə MS Office (əsasən Excel, Power Point) proqramlarından istifadə bacarığı
- Komandada işləmək bacarığı
- Müştəriyönümlülük
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
- Bütövlük
- Yenilikçilik
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaq.
CV-lərin təqdim olunması üçün son tarix: 31.03.2024
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |