VƏZİFƏ BARƏDƏ MƏLUMATLAR
Vəzifə: Böyük Hüquqşünas
Şöbə: Hüquq
İş yeri: Sumqayıt
VƏZİFƏ ÖHDƏLİKLƏRİ
• Kommersiya fəaliyyəti üzrə müqavilə layihələrin hazırlanması, müəssisənin kontragentləri tərəfindən təqdim edilən müqavilə layihələrinə müəssisənin hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
• Bağlanması nəzərdə tutulan və hüquq şöbəsi tərəfindən viza qoyulması üçün təqdim edilən müqavilələr üzrə hüquqi rəylərin verilməsi;
• Rəhbərlik tərəfindən verilən tapşırıqlara müvafiq olaraq daxili normativ sənədlərin layihələrinin hazırlanması, digər struktur bölmələrinə daxili normativ və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi;
TƏLƏBLƏR
• Hüquq üzrə ali təhsil
• Kommersiya hüququ sahəsində ən azı 5 il staj
• Mülki, inzibati və əmək hüququ sahəsində nəzəri və praktiki biliklər və müvafiq təcrübə
• Mülki-hüquqi müqavilələrin və digər hüquqi sənədlərin sərbəst şəkildə tərtib edilməsi
• Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilmək (rus dilini bilənlərə üstünlük verilir);
• Kompyuter bilikləri (Microsoft Office)
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti.
MÜRACİƏT PROSEDURU
Maraqlanan namizədlər https://socarpolymer.az/en/career/experienced-professionals/ linkini izləməlidirlər:
Yuxarıda qeyd edilən vakansiya Azərbaycan Respublikasının vətəndaşları və yaxud Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan şəxslər üçün nəzərdə tutulur. Elan edilən vəzifə üçün bütün uyğun namizədlər qiymətləndiriləcək və bu qiymətləndirmə bərabər əsaslarla aparılacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 29 İyul 2021-ci il
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq |