5 C
Baku
Bazar, Noyabr 28, 2021

Böyük mühəndis (Etilenin qəbulu və sıxılması sahəsi) – SOCAR

0
Böyük mühəndis (Etilenin qəbulu və sıxılması sahəsi) – SOCAR
Sumqayıt
13.10.2021

Vəzifə haqqında məlumat
Vakansiyanın adı Böyük mühəndis (Etilenin qəbulu və sıxılması sahəsi)
Elanın bitmə tarixi 15.10.2021
Keçid kodu 06809/2021 EXT
Müəssisə, Təşkilat Azərikimya İB
Struktur vahidi Etilenin qəbulu və sıxılması sahəsi
Ştat vəzifəsinin adı böyük mühəndis
Struktur vahidinin ünvanı Sumqayıt şəhəri, Səməd Vurğun 1
Şəhər/rayon Sumqayıt şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 13
Əmək haqqı 1120.00 azn/aylıq
Əlavə məlumat Faktiki iş günlərinə 3 AZN yemək xərci verilir.
İş şəraiti Normal
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat
Kompressor yağlarına olan ehtiyacın müəyyən edilməsi və sifariş verilməsi
1. Səviyyəölçən vasitəsilə tutumlarda olan yağın səviyyəsinin müntəzəm
olaraq ölçülməsi və qeydiyyatın aparılması.
2. Yağlara olan ehtiyacın müəyyən edilməsi və növlər üzrə siyahının
hazırlanması.
3. Sifarişin hazırlanması və sahə rəisi ilə razılaşdırılması.
4. Sifariş verilmiş yağların təmin edilməsinin izlənməsi.
Təmin edilmiş yağların qəbulu və boşaldılması işinin təşkil edilməsi
1. Çəlləklərlə qəbul edilən yağların daşınması məqsədilə avtokarın sifariş
verilməsi üçün sahə rəisinə müraciət edilməsi.
2. Avtosisternlə qəbul edilən yağların çəkisinin öyrənilməsi məqsədilə
sifarişçi müəssisənin avtomobilin tərəziyə çıxarılması və çəkisinin
qeydiyyatının aparılması.
3. Daxil olmuş yağ çəlləklərinin müəyyən edilmiş (xüsusi meydança və ya
növbə rəisinin müraciəti üzrə) yerlərə boşaldılmasının təmin edilməsi.
4. Qəbul edilmiş yağların boşaldılması işlərinin təmin edilməsi.
– Avtosisternlə qəbul edilən yağların şlanqlar vasitəsilə tutumlara
boşaldılması işlərinə nəzarət edilməsi.
– Çəlləklərlə qəbul edilmiş yağın vakuum nasosu ilə tutumlara boşaldılması
işlərinə nəzarət edilməsi.
5. Avtosisternin yüksüz çəkisinin müəyyən edilməsi üçün avtomobilin
tərəziyə çıxarılması və çəkisinin qeydiyyatının aparılması.
6. Boşaldılan yağ həcminin sənədlərə uyğunluğunun yoxlanılması və
ziddiyyət olduqda aktın hazırlanması və razılaşdırılması.
7. Tutumlara qəbul edilmiş yağ səviyyələri və ehtiyat yağ miqdarı və çeşidi
barədə məlumatın uçotunun aparılması.
Yağların istifadəsinə nəzarət və işlənmiş yağların boşaldılmasının təmin
edilməsi
Vəzifə öhdəlikləri (funksiyalar)
1. İstifadə olunan yağların laborator müayinəsinin təşkili və nəticələrinin
təhlil edilməsi.
2. Jurnalda növbə rəisi tərəfindən qeyd olunan istifadə olunan yağlar
haqqında məlumatın incələnməsi və tutumların qalıq səviyyəsi göstəriciləri
ilə müqayisə edilməsi.
3. İşlənmiş yağların boşaldılmasını zamanı tutumlarda səviyyənin ölçülməsi
və qeydiyyatın aparılması.
4. İşlənmiş yağların çökdürülməsi və qismən yararlı yağların laborator
müayinəsinin təşkil edilməsi və qeydiyyatının aparılması.
5. İşlənmiş yağların dəmiryolu sahəsinin tutumlarına göndərilməsinin təşkil
edilməsi və uçotunun aparılması.
Boş çəlləklərin və konteynerlərin utilizasiyasının təmin edilməsi
1. Boş yağ qablarının, polietilen bağlamaların, paletlərin və digər
tullantıların çeşidlənməsinin təmin edilməsi.
2. Boş konteyner və çəlləklərin daşınması üçün avtokarın və yük maşınının
təmin edilməsi üçün sahə rəisinə məlumatın verilməsi.
3. Boş konteyner və çəlləklərin avtomobilə yüklənməsi işlərinə nəzarət
edilməsi.
4. Boş konteyner və çəlləklərin ekologiya sahəsinin anbarına təhvil verilməsi
və uçotunun aparılması.
Hesabat və sənədləşmə işlərinin icra edilməsi
1. İşçilərin biliklərinin yoxlanılması üçün mövzuların və bilet suallarının
hazırlanmasında iştirak edilməsi.
2. Əməyin təhlükəsizliyi üzrə iş planının hazırlanmasında və icrasında iştirak
edilməsi.
3. İş yerlərinin attestasiyasında və sanitar texniki pasportların
hazırlanmasında iştirak edilməsi.
4. Sahə üzrə daimi fəaliyyət göstərən komissiyanın iş planının
hazırlanmasında və icrasında iştirak edilməsi.
5. Risklərin qiymətləndirilməsi, nəticələrinin və önləyici tədbirlər barədə
məlumatların «Risk Qiymətləndirmə Cədvəli»-ndə qeyd edilməsi.
6. “Odlu işlərin görülməsinə icazənamə”nin hazırlanması.
Digər fəaliyyətlər
1. İstehsalın vaxtlı-vaxtında material və enerji ehtiyatları ilə təmin edilməsi
işlərinin icra edilməsi.
2. Xammal, yanacaq və materialların qənaətlə istifadəsinə operativ
nəzarətin həyata keçirilməsi.
3. Əmək məhsuldarlığının artırılması, məhsula sərf olunan əməyin,
məhsulun maya dəyərinin aşağı salınması üçün əlavə istehsalat
ehtiyatlarından istifadə yollarını araşdırılması və təkliflərin hazırlanması.
4. Xidmət sahəsinin istehsalat fəaliyyətinin nəticələrini, avadanlığın
boşdayanma və buraxılan məhsulun keyfiyyətinin aşağı düşmə səbəblərini
təhlil edilməsi.
5. Yeni avadanlıq və qurğuların quraşdırılmasında iştirak edilməsi.
6. İş yerlərinin attestasiyasında iştirak edilməsi.
7. Az effektli avadanlıqların modernizasiyası və ya daha məhsuldarları ilə
əvəzlənməsi istiqamətində təkliflərin hazırlanması.
8. Ağır əl əməyi tələb edən işlərin mexanikləşdirilməsi istiqamətində
təkliflərin verilməsi.
9. Avadanlıqların iş vaxtının uçotunun aparılması, yararsız avadanlıqların
silinməsi üçün təkliflərin verilməsi.
10. İstehsalat travmalarının qarşısının alınması və peşə xəstəliklərinə səbəb
olan amillərin təsirlərinin minimuma endirilməsi istiqamətində təkliflərin
hazırlanması.
11. İşçi heyətinin işlərinə rəhbərlik edilməsi.

Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali bakalavr Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi Müddəti / İş təcrübəsi Təsvir
Ali bakalavr / Müvafiq sahə üzrə 10 İl / Müvafiq sahə üzrə İş təcrübəsi dedikdə müvafiq sahə üzrə mütəxəssis vəzifələrində iş stajı nəzərdə tutulur. Bir alt dərəcəli
mütəxəssis vəzifəsində 2 il iş təcrübəsi tələb olunur.
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Dərketmə
Detallara diqqət
Dürüstlük
Etik davranış
Məsuliyyət
Mühakimə
Nizam-intizam
Peşəkarlıq
Problem analiz etmə
Şifahi özünüifadə
Təqdimetmə
İşi təqib etmə
Yaradıcılıq
Yazılı özünüifadə
Microsoft Excel
Microsoft Word
Microsoft Outlook
OpenText
Ehtiyyatların idarə olunması
Daşınmalar
İş növləri və peşələr üzrə ƏMTT təlimat.
Etilenin qəbulu və pilləli sıxılması

Bilməlidir
– İşinə aid olan yuxarı və digər orqanların qərar, sərəncam və əmrlərini, metodiki, normativ və rəhbər
materialları;
– İşlənib hazırlanan və istifadə olunan texniki vasitələrin iş prinsipini, texniki, konstruktiv xüsusiyyətlərini;
– Materialları və onların xassələrini, tədqiqat metodlarını, işin yerinə yetirilməsinin qayda və şərtlərini;
– Texniki sənədlərə, materiallara və məlumatlara qoyulan tələbləri;
– Texniki sənədlərin rəsmləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları;
– Tədqiqatların və işlənib hazırlanmış işlərin iqtisadi səmərəsini müəyyən edilməsi, texniki hesabatların
aparılması metodlarını.
– Əməyin mühafizəsinin və təhlükəsizlik texnikasının, istehsalat sanitariyasının, yanğından mühafizənin, mülki
müdafiənin norma və qaydalarını.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər
X