13 C
Baku
Friday, April 26, 2024

Mühəndis (Siyəzən Xətti istismar xidməti) – SOCAR

0
Mühəndis (Siyəzən Xətti istismar xidməti) – SOCAR
Siyəzən
13.10.2021

Vəzifə haqqında məlumat
Vakansiyanın adı Mühəndis (Siyəzən Xətti istismar xidməti)
Elanın bitmə tarixi 15.10.2021
Keçid kodu 06785/2021 EXT
Müəssisə, Təşkilat Qaz İxrac İdarəsi
Struktur vahidi Siyəzən Xətti istismar xidməti
Ştat vəzifəsinin adı mühəndis
Struktur vahidinin ünvanı Siyəzən şəhəri
Şəhər/rayon Siyəzən rayonu
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 10
Əmək haqqı 823.00 azn/aylıq
Əlavə məlumat Hər iş günü üşün 3 manat yemək pulu hesablanır.
İş şəraiti Quruda
İş rejimi Tam iş vaxtı (həftədə 40 saat)
Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat
• Əvvəlcədən müəyyən edilmiş qrafik əsasən müvafiq marşrut üzrə
xətti baxıcı tərəfindən magistral qaz kəmərləri üzrəində piyada baxışın
keçirilməsi işinin təşkil etmək.
• Müəyyən edilmiş marşrut üzrə magistral qaz kəmərinin hər hansı bir
hissəsində xətti baxıcı tərəfindən nöqsan (boru xəttində korroziya, sızma və
s) aşkar edilmişdirsə həmin hissəyə vizual baxış keçirilməsi, boru xəttində
aşkar edilmiş nöqsanın dərəcəsinin müəyyən etmək.
• Aşkar edilmiş nöqsan barədə rəhbərliyə məlumat vermək.
• Xətti baxıcı ilə birgə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin həyata
keçirmək. (təhlükəsizlik lentinin çəkilməsi, əraziyə xəbarderici nişanların
qoyulması və s.)
• Magistral qaz kəmərində aşkar edilmiş nöqsanın müvəqqəti aradan
qaldırılması üçün tədbirlərin həyata keçirmək
• Qaz paylayıcı stansiyaların texnoloji sistemində avadanlıqlara texniki
baxış keçirilməsi, və müvafiq tədbirlərin həyata keçirilməsinə nəzarət
etmək.
• Qaz paylayıcı stansiyaların texnoloji sistemində avadanlıqlara qaz
paylayıcı stansiyanın operatoru, yeraltı qaz kəmərlərinin təmiri və istismarı
üzrə çilingər tərəfindən həyata keçirilən texniki qulluq zamanı görülən işlərə
nəzarət etmək.
• Qaz paylayıcı stansiyaların texnoloji sistemində avadanlıqlara texniki
baxış zamanı qaz sızması aşkar edilərsə yeraltı qaz kəmərlərinin təmiri və
istismarı üzrə çilingərlə birgə sızmanın yerində aradan qaldırılması və
rəhbərliyə məlumat vermək.
• Sızmanın yerində aradan qaldırılması mümkün olmazsa bu barədə
rəhbərliyə məlumat vermək.
• Qaz sızmasını aradan qaldırılması üçün qazın verilişinin dövredici
xətt vasitəsilə davam etdirilməsi və ya qazın dayandırılması üçün qaz
paylayıcı stansiyanın operatoruna göstərişinn vermək.
• Qazın verilişinin dövredici xətt vasitəsilə davam etdirilməsi və ya
qazın dayandırılmasına əmin olmaq üçün yoxlamaq.
• Qaz sızmasının aradan qaldırılması üçün tələb olunan materialların
Vəzifə öhdəlikləri (funksiyalar)
xidmətin müvəqqəti saxlanc yerindən götürülməsi və nasazlığın aradan
qaldırılması üçün yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingərə
müvafiq tapşırıqların verilmək.
• Qaz sızmasının aradan qaldırılması üçün görülən tədbirlərdən sonra
qaz paylayıcı stansiyanın texnoloji sistemində avadanlıqlarda olan sızmanın
yenidən olması/olmaması üçün sistemin yoxlamaq.
• Odorant məhlulu ilə dolu çəlləyin müvəqqəti saxlanc yerindən
xüsusi avtomobilə yüklənməsinin, daşınmasının və avtomobildən
boşaldılmasının təşkili etmək.
• Odorant məhlulunun odorant qurğusunun çəninə doldurulmasının
təşkili və nəzarət etmək.
• Boşalmış odorant çənlərinin uçotunun aparılması və təhvilini
vermək.
• Magistral qaz kəmərləri üzərində olan xətti kranlara və digər
avadanlıqlara texniki baxış keçirilməsi, müvafiq tədbirlərin həyata
keçirilməsinə nəzarət etmək.
• Magistral qaz kəmərləri üzərində olan xətti kranlarda və digər
avadanlıqlarda texniki baxış zamanı qaz sızması aşkar edilərsə yeraltı qaz
kəmərlərinin təmiri və istismarı üzrə çilingərlə birgə sızmanın yerində
aradan qaldırılması və rəhbərliyə məlumat vermək.
• Sızmanın yerində aradan qaldırılması mümkün olmazsa bu barədə
rəhbərliyə məlumat vermək.
• Təmirə hazırlıq işləri zamanı rəhbərliyin tapşırığına əsasən
«Partlayış-yanğın və yanğın təhlükəli obyektlərdə odlu işlərin aparılmasına
İcazə» sənədinin hazırlanması, rəhbərliyə təqdim etmək.
• Təmir ediləcək hissədə qazsız mühitin yaradılması üçün giriş və çıxış
kranlarının bağlanması və şam vasitəsilə həmin hissədə olan təbii qazın
havaya buraxılmasınıntəmin edilməsi, xətti baxıcı və ya qaz paylayıcı
stansiyanın operatoru tətəfindən həyata keçirilən tədbirlərə nəzarət etmək.
• Təmir ediləcək hissədə qazsız mühitin (şamdan təbii qazın çıxıb
qurtarmasına) yaranmasına əmin olduqdan sonra rəhbərliyə məlumat
vermək.
• Avadanlıqların işçi vəziyyətdə saxlanması və təmiri üçün malmaterialların sifarişi siyahısının tərtib etmək.
• Avadanlıqların təmiri üçün mal-materialların sifarişinin SAP ERP
sisteminin PM modulunda hazırlamaq.
• İllik hazırlanan qüsurlar cədvəlləri, təmir qrafiklərinin əsasında malmaterial siyahısının hazırlamaq.
• Təsdiqlənmiş qaimənin mərkəzi anbara təqdim edilməsi və sifariş
olunan mal-materialların təhvil almaq.
• Təhvil alınan mal-materialların SAP ERP sisteminin PM modulunda
sahənin anbarından silinməsi, aktlaşdırılması və iş saatlarının təsdiq etmək.
• Sahədə mal-materialların istifadəsi, quraşdırlması və silinməsi
aktının hazırlamaq.
• Təmirə hazırlıq işləri zamanı xəttin üzərində olan, bağlanmış giriş və
çıxış kranlarına, şama təmir müddəti ərzində xətti baxıcı və ya qaz paylayıcı
stansiyanın operatoru ilə birgə nəzarət etmək. (Kənar müdaxilənin
olmaması üçün)
• Təmir işlərini həyata keçirən işçilərin (digərr struktur bölmənin
işçiləri tərəfindən həyata keçirilən təmir işləri) işlərinə nəzarət etmək.
• Odorant qurğusunun impuls xətlərində, qazın giriş-çıxış hissəsində
olan yivli birləşmələrdə, çənin filtirində, ventillərin boğaz hissəsində və s.
hissələrində sızmanın aradan qaldırılması və digər təmir işlərinin yerinə
yetirilməsinə nəzarət etmək.
• Bağlanmış giriş kranının açılması, hava qarışığının şam vasitəsilə
üfürülməsi üçün xətti baxıcı və ya qaz paylayıcı stansiyanın operatoruna
müvafiq tapşırığın verilməsi, müvafiq tədbirlərin həyata keçirilməsinə
nəzarət etmək.
• Şamdan çıxan qazın hava ilə qarışığının olmadığına tam əmin
oduqdan sonra xətti baxıcı və ya qaz paylayıcı stansiyanın operatoruna
şamın bağlanması və çıxış siyirtməsinin (və ya kranlarının) açılması üçün
müvafiq tapşırıqların verilməsi, müvafiq tədbirlərin həyata keçirilməsinə
nəzarət etmək.
• Qazın verilməsinin bərpası barədə rəhbərliyi məlumatlandırmaq.
• Qaz paylayıcı stansiyalarında istifadə edilimiş odorant məhlulunun
hesabatının hazırlamaq(aylıq, rüblük, illik)
• Xətti istismar xidmətində adarant istifadə edilən hər bir QPS üzrə
aylıq verilən qazın həcminə əsasən odarantın hesabatını aparmaq.
• Xətti istismar xidməti üzrə qaz paylayıcı stansiyalarda istifadə
edilmiş odarantın hesabatı»nın hazırlanması və rəhbərliyə təqdim etmək.
• Qaz paylayıcı stansiyalarının daxili tələbatına istifadə edilmiş qazın
hesabatının hazırlamaq (aylıq, rüblük, illik)
• Xətti istismar xidməti üzrə hər bir qaz paylayıcı stansiyaların daxili
tələbatına gündəlik istifadə edilmiş qazın həcminin xüsusi jurnalda
qeydiyyatını aparmaq.
• Xətti istismar xidməti üzrə qaz paylayıcı stansiyaların daxili
tələbatına gündəlik istifadə edilmiş qazın həcminin ay ərzində ümumi QPS
üzrə cəmləmək.
• Xətti istismar xidməti üzrə qaz paylayıcı stansiyaların daxili
tələbatına gündəlik istifadə edilmiş qazın hesabatının hazırlanması və
rəhbərliyə təqdim etmək.
• Qaz paylayıcı stansiyalarının daxili tələbatına istifadə edilmiş suyun
hesabatının hazırlamaq (aylıq, rüblük, illik)
• Xətti istismar xidməti üzrə hər bir qaz paylayıcı stansiyaların daxili
tələbatına gündəlik istifadə edilmiş suyun həcminin xüsusi jurnalda
qeydiyyatının aparmaq.
• Xətti istismar xidməti üzrə qaz paylayıcı stansiyaların daxili
tələbatına gündəlik istifadə edilmiş suyun həcminin ay ərzində ümumi QPS
üzrə cəmləmək.
• Xətti istismar xidməti üzrə qaz paylayıcı stansiyaların daxili
tələbatına gündəlik istifadə edilmiş suyun hesabatının hazırlanması və
rəhbərliyə təqdim edilməsi Qaz paylayıcı stansiyalarının daxili tələbatına
istifadə edilmiş elektrik enerjisinin (aylıq, rüblük, illik) məlumatı hazırlamaq.
• Xətti istismar xidməti üzrə hər bir qaz paylayıcı stansiyaların daxili
tələbatına gündəlik istifadə edilmiş elektrik enerjisinin xüsusi jurnalda
qeydiyyatını aparmaq.
• Xətti istismar xidməti üzrə qaz paylayıcı stansiyaların daxili
tələbatına gündəlik istifadə edilmiş elektrik enerjisinin ay ərzində ümumi
QPS üzrə cəmləmək.
• Xətti istismar xidməti üzrə qaz paylayıcı stansiyaların daxili
tələbatına gündəlik istifadə edilmiş elektrik enerjisinin hesabatı»nın
hazırlanması və rəhbərliyə təqdim etmək.
• Magistral qaz kəmərlərindən tranzit qaz götürən obyektlərdə
istifadə edilmiş qazın həcminin hesabatını hazırlamaq.
• Xətti istismar xidmətinin magistral qaz kəmərlərindən tranzit qaz
götürən obyektlərdə istifadə edilmiş qazın həcminin göstəricilərinin
müəyyənləşdirilməsi (xəttin üzərində quraşdırılmış elektron sayğaclardan
göstəricilərin götürülməsi)
• Xətti istismar xidmətinin magistral qaz kəmərlərindən tranzit qaz
götürən obyektlərdə istifadə edilmiş qazın həcminin göstəricilərinin
rəhbərliyə təqdim etmək.
• Xidmət rəsinin tapşırıq və göstərişlərini yerinə yetirmək
• İş bölgüsü üzrə nəzərdə tutulan işlərin icrasının təmin etmək
• Lazımi uçot və hesabat xarakterli sənədləşdirməni tərtib etmək.
• İşin səmərəli təşkili üçün rəhbərliyə mütəmadi olaraq məlumat
vermək
• Təhvil-təslim sənədləşmənin aparılmasında iştirak etmək
• Payız və qış mövsümünə hazırlıq üçün tədbirlər planın
hazırlanmasında iştirak etmək
• Qəza və bədbəxt hadisələrin araşdırılmasında müvafiq qaydada
iştirak etmək
• Növbəti il üçün sahənin təmir qrafikinin tərtib edilməsi üçün bütün
nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında iştirak etmək
• Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya
alınmasında iştirak etmək
• Tabeçiliyində olan işçilərə rəhbərlik etmək
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından
mühafizənin norma və qaydalarına riayət etmək.
Tələblər
Vətəndaşlıq Azərbaycan
Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Ali bakalavr Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi Müddəti / İş təcrübəsi Təsvir
Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə
Sertifikat tələbləri
Tələb edilən sertifikat yoxdur.
Səriştəlik və digər tələblər
Detallara diqqət
Dürüstlük
Etik davranış
Məsuliyyət
Nizam-intizam
Öyrənmə qabiliyyəti
Peşəkarlıq
Şifahi özünüifadə
Yazılı özünüifadə
Microsoft Excel
Microsoft Word
Microsoft Outlook
SAP PM
Əməyin mühafizəsi
Əməyin sağlamlığı
Əməyin təhlükəsizliyi
Sanitariya-gigiyena
Ətraf mühitin qorunması
Magistral qaz kəmərlərinin istismarı
Magistral qaz kəmər. təm.və.tex.xid.
Səriştəlik və digər tələblər
Qazpaylayıcı stansiyaların istismarı
Qazpaylayıcı stan.rın təm.və.tex.xid.
Bilməlidir
• Magistral qaz kəmərlərinin istismarı qaydalarını
• Magistral qaz kəmərlərinin təmir və texniki xidmət işlərini
• Qazpaylayıcı stansiyaların istismarını
• Qazpaylayıcı stansiyaların təmiri və texniki xidməti işlərini
• Əməyin mühafizəsi üzrə norma və qaydalarını
• Əməyin sağlamlığı üzrə norma və qaydalarını
• Əməyin təhlükəsizliyi üzrə norma və qaydalarını
• Sanitariya-gigiyena üzrə norma və qaydalarını
• Ətraf mühitin qorunması üzrə norma və qaydalarını

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər