Bakı
16.06.2023
Vakansiyanın təsviri
- İdarə tərəfindən həyata keçirilən bütün növ təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesablarında düzgün əks etdirmək;
- Mühasibat hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək, mühasibat uçotu və hesabatı üzrə məlumatları təhlil etmək;
- Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu mühasibat uçotu hesablarında aparmaq, onların hərəkətini, istehsal dövriyyəsini və xərclər smetasını hazırlamaq;
- Maliyyə hesabatı və kredit əməliyyatlarının, təsərrüfat fəaliyyətinin yekunlarına dair əməliyyatların uçotunu aparmaq;
- Əmək haqqının ödənilməsi, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri və banklara ayrılmış kreditlər üzrə borcları qoyulan vaxt ərzində vermək, yığım və digər fondlara ayırmaları tərtib etmək;
- İlkin mühasibat sənədlərini, hesablaşmaları və ödəniş öhdəliklərini, istehlak fondunun sərf olunmasını, pul vəsaitlərinin, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasını, mühasibat uçotu və hesabatının təşkilini təmin etmək;
- İdarənin debitor və kreditor borclarının vəziyyətini təhlil etmək, onların azaldılması üzrə tədbirləri işləyib hazırlamaq və həyata keçirmək;
- Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək;
- Dövlət portallardan sərbəst istifadə etmək (e-gov.az, e-taxes.gov.az və s.);
- Üzləşmə aktlarının tərtibinə nəzarət;
- Maliyyə hesabatlarının (MVHH, MZHH) hazırlanmasını təmin etmək;
- Mühasibat sənədlərinin saxlanıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsinə nəzarət;
- Maliyyə üzrə rəhbər tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirmək.
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı)
- Servis müəssisə tərəfindən təmin edilir.
Xüsusi tələblər
- Yaş həddi: 25-40
- Cinsi: Qadın
- Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Menecment və oxşar sahələr)
- İş təcrübəsi: Müvafiq sahədə 3 il
- Rus dili və ingilis dili üstünlükdür;
- MC Office proqramları ( Xüsusilə MC Office Excel yaxşı səviyyədə bilməli)
- 1 C 8.3 proqramını bilməli
- E-gov.az, .e-taxes.gov.az portallardan istifadə etmək bacarığı
- Vergi və Əmək qanunvericiliyi üzrə biliklər
- Məntiqi və analitik düşüncə qabiliyyəti
- Diqqətlilik, məsuliyyətlilik, dəqiqlik, etibarlılıq
- F3, F7, PMS sertifikatının olması üstünlükdür
- Sənədlərin tərtibatında istifadə edilən standartları; texniki şərtləri, əsasnamə və təlimatları, hesabatların aparılması metodlarını bilmək
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |