14 C
Baku
Thursday, May 16, 2024

Böyük mühasib – Azərbaycan Metrologiya İnstitutu

0
Böyük mühasib  – Azərbaycan Metrologiya İnstitutu
Bakı
16.06.2023

Vakansiyanın təsviri

  • İdarə tərəfindən həyata keçirilən bütün növ təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesablarında düzgün əks etdirmək;
  • Mühasibat hesabatlarını müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək, mühasibat uçotu və hesabatı üzrə məlumatları təhlil etmək;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas vəsaitlərin uçotunu mühasibat uçotu hesablarında aparmaq, onların hərəkətini, istehsal dövriyyəsini və xərclər smetasını hazırlamaq;
  • Maliyyə hesabatı və kredit əməliyyatlarının, təsərrüfat fəaliyyətinin yekunlarına dair əməliyyatların uçotunu aparmaq;
  • Əmək haqqının ödənilməsi, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri və banklara ayrılmış kreditlər üzrə borcları qoyulan vaxt ərzində vermək, yığım və digər fondlara ayırmaları tərtib etmək;
  • İlkin mühasibat sənədlərini, hesablaşmaları və ödəniş öhdəliklərini, istehlak fondunun sərf olunmasını, pul vəsaitlərinin, əmtəə-mal qiymətlərinin və əsas fondların inventarizasiyasını, mühasibat uçotu və hesabatının təşkilini təmin etmək;
  • İdarənin debitor və kreditor borclarının vəziyyətini təhlil etmək, onların azaldılması üzrə tədbirləri işləyib hazırlamaq və həyata keçirmək;
  • Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək;
  • Dövlət portallardan sərbəst istifadə etmək (e-gov.az, e-taxes.gov.az və s.);
  • Üzləşmə aktlarının tərtibinə nəzarət;
  • Maliyyə hesabatlarının (MVHH, MZHH) hazırlanmasını təmin etmək;
  • Mühasibat sənədlərinin saxlanıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsinə nəzarət;
  • Maliyyə üzrə rəhbər tərəfindən təyin edilmiş digər tapşırıqları yerinə yetirmək.
  • İş qrafiki: 5 günlük (09:00-18:00)
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı)
  • Servis müəssisə tərəfindən təmin edilir.

Xüsusi tələblər

  • Yaş həddi: 25-40
  • Cinsi: Qadın
  • Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat, Menecment və oxşar sahələr)
  • İş təcrübəsi: Müvafiq sahədə 3 il
  • Rus dili və ingilis dili üstünlükdür;
  • MC Office proqramları ( Xüsusilə MC Office Excel yaxşı səviyyədə bilməli)
  • 1 C 8.3 proqramını bilməli
  • E-gov.az, .e-taxes.gov.az portallardan istifadə etmək bacarığı
  • Vergi və Əmək qanunvericiliyi üzrə biliklər
  • Məntiqi və analitik düşüncə qabiliyyəti
  • Diqqətlilik, məsuliyyətlilik, dəqiqlik, etibarlılıq
  • F3, F7, PMS sertifikatının olması üstünlükdür
  • Sənədlərin tərtibatında istifadə edilən standartları; texniki şərtləri, əsasnamə və təlimatları, hesabatların aparılması metodlarını bilmək

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib