10 C
Baku
Friday, December 13, 2024

Böyük mühasib – Buta Group

0
Böyük mühasib – Buta Group
Bakı
16.08.2021

İş barədə məlumat:

• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
• Gündəlik və aylıq maliyyə hesabatlarınin tərtib edilməsi;
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Debitor və kreditor hesablaşmaların aparılması;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və digər əməliyyatların aparılması;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
• Vergi bəyannamələrini, e-qaimə, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.

Namizədə tələblər:

• Ali təhsil (mühasibat uçotu, maliyyə);
• Vergi Məcəlləsini bilməli;
• 1C 8.2 və 8.3, BTP proqramları ilə sərbəst işləmək bacarığı;
• Müvafiq sahədə 2-3 ildən az olmayan iş təcrübəsi;
• Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və ya rus dillərini bilənlərə üstünlük verilə bilər).

İş şərtləri:

• Həftə içi 5 gün 09:00 – 17:00-dək , şənbə günü 09:-00-15:00
• Əmək haqqı bilik səviyyəsinə uyğun olaraq, dəyərləndiriləcək .
• Sənədləşmə Əmək Qanunvericiliyinə uyğun aparılır.
• İş yeri: Bakı şəhəri

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi [email protected] elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Böyük mühasib “qeyd edəsiniz.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib