Vəzifə Adı: Böyük mühasib
Sektor: FMCG
Üst rəhbər: Baş mühasib və ya maliyyə meneceri
İş təcrübəsi: Bu və ya oxşar rolda 3 – 7 il
E-poçt: [email protected]
Əsas fəaliyyət növü supermarket şəbəkəsi və distributorluq olan şirkətin Maliyyə departamentinə Böyük Mühasib tələb olunur.
Rəqabətli əmək haqqı paketi və inkişaf perspektivləri təklif olunacaq.
Əsas vəzifə öhdəlikləri
• Biznes segmenti üzrə balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti hesabatlarının hazırlanması
• Debitor və kreditor hesablaşmalarının aparılması
• Bank ödəniş tapşırıqlarının yaradılması və mühasibatlıq sisteminə əks edilməsi
• Əmək haqqı ödənişlərinin hesablanması
• Əsas vəsaitlərin amortizasiyasının hesablanması
• İdxal üzrə maya dəyərinin hesablanması və mühasibatlığı
• Daxil edilmiş mühasibatlıq əməliyyatlarına, debitor hesablarına nəzarətin təşkili
• Vergi bəyannamələrinin tərtibi (ƏDV, ÖMV, Mənfəət), e-qaimələrin tərtib edilməsi, e-taxes.gov.az portalında sərbəst işləmə
Tələb və bacarıqlar
• Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə tam ali təhsil
• Mühasibatlıq proqram təminatları üzrə geniş istifadə bilikləri
• ACCA sertifikatlaşması üzrə dərəcələrin əldə olunması arzu olunandır
• Yerli vergi qanunvericiliyi bilikləri
• Microsoft Excel proqram təminatı ilə sərbəst işləmə
Dil bilikləri
• Azərbaycan dili – əla, sərbəst ingilis dili biliyi arzu olunandır
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |