7 C
Baku
Sunday, December 15, 2024

Böyük mühasib – Quba Palace Hotel

0
Böyük mühasib – Quba Palace Hotel
Bakı
15.08.2023

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaların yazılması;
  • Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
  • Gündəlik hesabları üzrə qalıqlar hesabatı;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
  • Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
  • Şöbəsinə aid iş bölgüsünun aparılması,tapşırıqların verilməsi və icrasına nəzarət
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Namizədə tələblər:

  • Ali ixtisas (iqtisad – maliyyə) təhsilli;
  • Maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayan iş stajı olmalı;
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını mükəmməl bilməli;
  • Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
  • Vergi hesabatlarının ( ƏDV, ÖMV, Mənfəət) hazırlanmasını bilməli.
  • Kompüter bilikləri üzrə MS Office (xüsusilə Excel), Netsis mühasibatlıq proqramını , Outlook və işgüzar yazışma əsaslarını bilməli;
  • İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və korporativ mədəniyyətin əsaslarını bilməli;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməlidir.

Nəqliyyat və yataqxana ilə təmin olunma;

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;

Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Vakansiyaya uyğun olan namizədlər CV-lərini e-mail ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMühasib