Vakansiyanın təsviri
– Ali təhsilli olmalıdırlar. Namizədlərdən qida mühəndisliyi, kimya mühəndisliyi, kimya və biologiya ixtisasları üzrə təhsil almış şəxslərə üstünlük veriləcək;
– Qida müəssisələrində minimum 4 illik istehsal və audit təcrübəsinə malik olmalıdırlar;
– SMIIC 1 / SMIIC 2 standartları barədə ümumi məlumatlara sahib olmalıdırlar.
-İşə qəbul zamanı ISO 9001, ISO 22000, 17025, 19011 sertifikatı olanlara üstünlük veriləcək. Həmçinin namizədlərin halal sertifikatlaşdırma prosesləri ilə bağlı təcrübəsinin olması arzuediləndir.
Xüsusi tələblər
– Qida təhlükəsizliyi idarəetmə sisteminin tələbləri əsasında auditlərin təşkili, həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması;
– Daxil olan müraciətlər əsasında bazar araşdırmasının və təhlilinin aparılması;
– İcra planlarının hazırlanmasına, həmçinin resursların və işlərin düzgün əlaqələndirilməsinə dəstək olmaq və nəzarət etmək;
– Zərurət yarandığı təqdirdə, proseslərin və ümumi yanaşmanın optimallaşdırılması və təkmilləşdirilməsi, regional və qlobal səviyyəli ən yaxşı təcrübələrin araşdırılması, müqayisəli təhlillərin həyata keçirilməsi;
– İdarəetmə sistemi tələbləri çərçivəsində risklərin müəyyən edilməsi və qiymətləndirilməsi.