2 C
Baku
Saturday, December 14, 2024

Brend Menecer (FMCG) – Avrora

0
Brend Menecer (FMCG) – Avrora
Bakı
18.05.2020

Hörmətli Namizədlər :

“AVRORA” MMC “Brend Menecer (FMCG)” vakansiyanı açıq elan edir.

Vəzifələr:

– Ticarət markasının (brendin) mövcud və potensial bazarını təhlil etməli, onun istehlakçı seqmentlərini, satış və marketinq strategiyasını müəyyənləşdirməlidir;
– Ticarət markasının (brendin) inkişaf strategiyasını işləməli və illk inkişaf planı hazırlamalıdır;
– Satış və logistika bölmələri ilə birgə ticarət markasının (brendin) çeşidləri üzrə qiymət siyasətini işləyib hazırlamalı, məhsulun optimal satışı üçün münasib şərtlərin yaradılmasını təmin etməlidir;
– Ticarət markasının (brendin) çeşidləri üzrə satışların həcmini proqnozlaşdırmalı və planlaşdırmalıdır;
– Satış bölməsi ilə birgə ticarət markasının (brendin) satış sxemlərini işləyib hazırlamalıdır;
– Ticarət markasının (brendin) bazarda hərəkətini (satış həcmini, tendensiya və dinamikanı) müşahidə edərək izləməli, istehlakçıların bu markaya olan münasibətini müəyyən edərək təhlil etməlidir;
– Ticarət markası (brend) üzrə məhsulların istehlakçı tələb və istəklərinə cavab verməyən (istehsalçı tərəfindən nəzərə alınmayan) texnoloji xüsusiyyət və keyfiyyət parametrlərini təsbit edərək istehsalçıya bildirməli və məhsula bazarın tələbinə uyğun yeni istehlakçı xüsusiyyətlərinin verilməsini təmin etməlidir;
– Ticarət markasını (brendi) inkişaf etdirməklə bağlı marketinq və reklam kampaniyalarını, sərgi, təqdimat, promo, PR və digər aksiyaları hazırlamalı və həyata keçirməlidir.

Tələblər:

– Ali təhsil (iqtisadi təhsilə üstünlük verilir);
– İqtisadi qanunvericiliyin, sahibkarlıq və kommersiya fəaliyyətinin əsaslarını, həmçinin bu fəaliyyəti tənzimləyən hüquqi – normativ aktları bilməli;
– Bazar iqtisadiyyatını, sahibkarlıq və biznesin idarə edilməsinin əsaslarını üzrə biliklər;
– Bazarın konyukturasını bilməli;
– Təhkim olunmuş ticarət markasının (brendin) məhsul çeşidlərini, təsnifatını, texniki və psixoloji xüsusiyyətlərini və istehsal texnologiyasını bilməli;
– Marketinq təhlillərinin, proqnozlaşdırma, planlaşdırma prinsiplərini və metodları bilməli;
– Marketinq kampaniyalarının təşkili, aparılması və effektivliyinin ölçülməsi metodları bilməli.

İş Şərtləri:

– Həftədə 5 iş günü;
– İş saatları: 08:00-17:00 və ya 09:00-18:00;
– Tibbi Sığorta ilə təminat.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Brend Menecer (FMCG)” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Menecer