10 C
Baku
Thursday, December 12, 2024

Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi – Xalq Bank

0
Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi – Xalq Bank
Bakı
25.06.2021

Vəzifə: Maliyyə İdarəsinin Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Maliyyə və ya İqtisadiyyat sahəsində ali magistr təhsili;
• Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• MS Office proqramlarından (xüsusilə MS Excel) təkmil istifadə bacarığı;
• Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank təcrübəsi və beynəlxalq maliyyə ixtisaslaşması (məs. ACCA, CIMA) olan namizədlərə üstünlük veriləcəkdir.

İŞİN TƏSVİRİ:

• Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
• Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil edilməsi;
• Rəhbərlik tərəfindən təsdiq edilməsi üçün illik icmal büdcənin hazırlanmasında iştirak;
• Hər bir hesabat dövrünün sonunda büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə etmək və kənarlaşmaların səbəblərini aydınlaşdıraraq məruzə etmək;
• Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət;
• İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi