9 C
Baku
Friday, December 13, 2024

Büdcə və hesabatlılıq şöbəsinin mütəxəssisi – ADY Express

0
Büdcə və hesabatlılıq şöbəsinin mütəxəssisi – ADY Express
Bakı
15.02.2023

İş yeri: Xətai Plaza

İş rejimi və vaxtı: 5 günlük; 9:00-18:00

Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Vəzifə öhdəlikləri:

  • Şirkətin əsas maliyyə modelinin yenilənməsi və inkişaf etdirilməsi
  • Şirkət əməliyyatlarının beynəlxalq maliyyə standartlarına uyğun uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması
  • Şirkətin əsaslandırılmış büdcəsinin qurulması və təsdiq olunmuş illik büdcənin icrasının nəzarətinin həyata keçirilməsi
  • Əməliyyat və maliyyə göstəriciləri üzrə əsas fəaliyyət göstəricilərinin hesablanması və izlənilməsi
  • Audit üçün tələb olunan sənədlərin təqdim edilməsi;
  • Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Maliyyə/İqtisadiyyat/Mühasibat sahəsində bakalavr dərəcəsi;
  • Minimum 1 illik iş təcrübəsi arzuolunandır;
  • MS Office proqramlarının biliyi;
  • ACCA sertifikatları arzuolunandır;
  • Excel VBA və ya digər proqramlaşdırma dilləri arzuolunandır
  • Power BI platformasından istifadə biliyi arzuolunandır
  • Güclü ünsiyyət bacarıqları;
  • Analitik düşünmə, komandada işləmək bacarığı;
  • Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması.

Bizim tərəfimizdən qarşılanan təminatlar:

  • Nahar
  • Təlimlər
  • Karyera imkanları

Müraciət etmə qaydaları:

Xahiş olunur CV-lərinizi 27 Fevral 2023-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Mütəxəssis-Büdcə və hesabatlılıq şöbəsi” qeyd etməklə göndərəsiniz.

Diqqət: Seçim test və müsahibə əsasında aparılacaq. Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər