İş yeri: Xətai Plaza
İş rejimi və vaxtı: 5 günlük; 9:00-18:00
Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək
Vəzifə öhdəlikləri:
- Şirkətin əsas maliyyə modelinin yenilənməsi və inkişaf etdirilməsi
- Şirkət əməliyyatlarının beynəlxalq maliyyə standartlarına uyğun uçotunun aparılması və maliyyə hesabatlarının hazırlanması
- Şirkətin əsaslandırılmış büdcəsinin qurulması və təsdiq olunmuş illik büdcənin icrasının nəzarətinin həyata keçirilməsi
- Əməliyyat və maliyyə göstəriciləri üzrə əsas fəaliyyət göstəricilərinin hesablanması və izlənilməsi
- Audit üçün tələb olunan sənədlərin təqdim edilməsi;
- Rəhbərliyin sorğusu ilə zəruri hesabatların hazırlanması, tapşırıqların yerinə yetirilməsi.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Maliyyə/İqtisadiyyat/Mühasibat sahəsində bakalavr dərəcəsi;
- Minimum 1 illik iş təcrübəsi arzuolunandır;
- MS Office proqramlarının biliyi;
- ACCA sertifikatları arzuolunandır;
- Excel VBA və ya digər proqramlaşdırma dilləri arzuolunandır
- Power BI platformasından istifadə biliyi arzuolunandır
- Güclü ünsiyyət bacarıqları;
- Analitik düşünmə, komandada işləmək bacarığı;
- Tapşırıqların müəyyən olunmuş vaxtda və dəqiq icra olunması;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması.
Bizim tərəfimizdən qarşılanan təminatlar:
- Nahar
- Təlimlər
- Karyera imkanları
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 27 Fevral 2023-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Mütəxəssis-Büdcə və hesabatlılıq şöbəsi” qeyd etməklə göndərəsiniz.
Diqqət: Seçim test və müsahibə əsasında aparılacaq. Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |