Bakı
19.12.2022
Vakansiyanın təsviri
- Qrupdaxili şirkətlər üçün aylıq maliyyə hesabatlarının hazırlanması və şirkətlər üçün Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (“BMHS”) uyğun illik maliyyə hesabatlarının hazırlanmasında birbaşa iştirak edilməsi;
- Qrupdaxili uçot siyasəti tələblərinə və Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hesabat prosedurlarının həyata keçirilməsi;
- Maliyyə nəticələrinin izahı, maliyyə göstəricilərinə əsasən meyllərin müəyyən edilməsi və təkmilləşdirmə üçün tövsiyələr daxil olmaqla maliyyə təhlilinin aparılması;
- Qrupdaxili şirkətlərin büdcələmə prosesinin təşkili və müvafiq olaraq illik büdcənin hazırlanması;
- Büdcə nəzarəti üçün zəruri olan təhlillərin həyata keçirilməsi;
- Aylıq olaraq fakt plan təhlili və müvafiq olaraq kənarlaşmalar üzrə yazılı hesabatların hazırlanması;
- Şirkət rəhbərliyi üçün strateji məlumatların təhlili, tədqiqatı və modelləşdirilməsində iştirak edilməsi;
- Təşkilata məxsus ERP-nin təkmilləşdirilməsi prosesində iştirak edilməsi;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların (maliyyə təhlili, məlumatların toplanması və s.)
- yerinə yetirilməsi.
Xüsusi tələblər
- Maliyyə, mühasibatlıq sahələri üzrə bakalavr və ya magistr dərəcəsi;
- Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
- Azərbaycan dili əla, ingilis dilini yaxşı səviyyədə bilməli;
- MS Office proqramlarından sərbəst istifadə edə bilməli;
- ACCA “F” səviyyələri üzrə kvalifikasiyaya malik olmalı;
- Mühasibat uçotunun ümumi qəbul edilmiş prinsip və qaydaları, beynəlxalq maliyyə idarəçiliyi və iqtisadi prinsiplər haqqında nəzəri biliklər.
- Fərdi keyfiyyət göstəriciləri:
- Fikrini açıq-aydın ifadə etmək və iş əlaqələrini inkişaf etdirmək bacarığı;
- Mükəmməl iş mühakiməsi, analitik düşünmə və qərar qəbuletmə bacarığı;
- Nizam-intizamlı, öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirmək bacarığı;
- Komandada işləmə və təqdimat bacarığı.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |