9 C
Baku
Friday, December 13, 2024

İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə mütəxəssisi – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

0
İnformasiya sistemlərinin dəstəklənməsi şöbəsinə mütəxəssisi – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Bakı
15.12.2022

Vakansiyanın təsviri

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı;İldə üç dəfə mükafat.
  • Görəcəyiniz işlər:İcrasında olan sorğuları həll etmək, mümkün olmadıqda həlli istiqamətində müvafiq icraçıya yönləndirmək;
  • Sorğunun icrası ilə bağlı yekun nəticə əldə etmək və sorğunun bağlanması üçün addımları koordinasiyalı şəkildə izləmək;
  • Tibb müəssisələrində proqram təminatı istifadəçiləri və ya müəssisə tərəfindən təyin olunmuş məsul şəxslərlə mütəmadi olaraq əlaqədə olmaq, mövcud problemlərin həlli istiqamətində dəstək göstərmək;
  • Tibb müəssisələrində proqram təminatı istifadəçiləri və ya müəssisə tərəfindən təyin olunmuş məsul şəxslərin bilik və bacarıqlarının artırılması üçün təlimlər təşkil etmək, ehtiyac yarandığı təqdirdə proqram təminatının istifadəsinə dair video və digər elektron formalarda təlimatlar hazırlamaq;
  • Daxil olan rəsmi məktubları cavablandırmaq.
  • Əlavə məlumatlar:İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00;
  • İş yeri: Bakı şəh., Üzeyir Hacıbəyli 57

Xüsusi tələblər

  • Ali təhsil (texniki sahədə təhsil arzuolunandır);
  • Tibb sahəsində və Xəstəxana İdarəetmə Sistemlərinin istifadəsi ilə bağlı minimum 1 il iş təcrübəsi (ESD, JİRA sistemləri ilə iş təcrübəsi üstünlükdür);
  • Ölkədaxili mütəmadi ezamiyyələrə açıq olmaq;
  • Dil bilikləri: Azərbaycan (ana dili) – səlis (ingilis dili biliyinin olması üstünlükdür);
  • Microsoft Windows əməliyyat sistemləri üzrə istifadəçi səviyyəsində biliklər;
  • Microsoft Office üzrə ilkin biliklər;
  • Problem həll etmə və ünsiyyət bacarığı;
  • Təqdimat bacarığı;
  • Operativlik və dəqiqlik.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT, Sığorta