-1 C
Baku
Sunday, December 15, 2024

Büdcə və maliyyə nəzarət üzrə aparıcı mütəxəssis/böyük mütəxəssis – Ziraat Bank Azərbaycan ASC

0
Büdcə və maliyyə nəzarət üzrə aparıcı mütəxəssis/böyük mütəxəssis – Ziraat Bank Azərbaycan ASC
Bakı
06.03.2020

Ziraat Bank Azərbaycan ASC Maliyyə Departamentinə Büdcə və maliyyə nəzarət üzrə aparıcı mütəxəssis/böyük mütəxəssis

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
• Büdcə və ya maliyyə nəzarət sahəsində 3 / 6 il iş təcrübəsi;
• ACCA, CIMA və CFA sertifikatlarının olması. ACCA F2 (MA), F3 (FA), F5 (PM) və ya CIMA BA2, BA3, P1 (MA) sertifikatının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilməsi;
• MS Office proqramlarını (xüsusi ilə MS Excel, MS Powerpoint) bilmək və işində istifadəsini təmin etməsi;
• SQL biliyi arzuolunandır;
• Azərbaycan dili (əla), ingilis dili (orta) səviyyədə biliklərə malik olması;
• Yüksək səviyyədə məntiq və riyazi bilik;
• Analitik düşünmə qabilliyəti və yaranmış problemlərin həll etmək bacarığının olması.

Vəzifə öhdəlikləri:

• Bankın büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlil edilməsi;
• Gəlir və xərc mərkəzlərindən məlumatların toplanılması və təhlil edilərək büdcəyə əlavə edilməsi;
• Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;
• Büdcənin icrasına gündəlik nəzarətin qurulması və icrası,
• Büdcənin icrası üzrə aylıq təhlil və təqdimatların hazırlanması;
• Əməliyyatların uçotunun standartlara uyğun aparılmasına nəzarət edilməsi;
• Mənfəətlik və effektivlik təhlillərinin (proseslər, məhsullar, gəlir-xərc mərkəzləri) həyata keçirilməsi və təkliflərin verilməsi;
• Bankın fərdi performans dəyərləndirmə (KPI) sisteminin meyarlarınının müəyyənləşdirməsi və sistemin əlaqədar struktur bölmələrlə birlikdə koordinasiyalı təşkil edilməsi və icra edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər aprel ayının 6-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Büdcə və maliyyə nəzarət üzrə aparıcı mütəxəssis/böyük mütəxəssis” qeyd etməyiniz vacibdir.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi