Şirkət haqqında:
1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Büdcələmə, maliyyə analizi və hesabatvermə üzrə aparıcı mütəxəssis
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: Müvafiq sahə üzrə min.2 il
Təhsil: Ali iqtisadi təhsil
İşin Təsviri: Maliyyə hesabatlarını hazırlamaq, logistik xidmətlərin şirkətlərə aylar üzrə işlənib göndərilməsini həyata keçirmək
Vəzifə öhdəlikləri:
– Şirkətin maliyyə hesabatlarının hazırlanması (aylıq, rüblük və illik) və rəhbərliyə təqdim edilməsi;
– Şirkətin rüblük və illik büdcəsinin hazırlanması və büdcəyə nəzarətin həyata keçirilməsi;
– Gəlirlərin və xərclərin analizinin aparılması, büdcə ilə uyğunluğunun müqayisə edilməsi;
– Xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması
– Gəlir və xərclərlə bağlı əməliyyətların mühasibat hesablar planına uyğun işlənilməsinə nəzarət etmək.
Tələblər:
– Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
– Maliyyə sahəsində yüksək biliklər;
– Yüksək səviyyədə MS Office proqramları biliyi (Xüsusilə MS Excel) ;
– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
– ERP(Logo) biliyi üstünlükdür.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;
Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Aparıcı Maliyyə analitiki ” yazıb göndərməklə müraciət edə bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |