-1 C
Baku
Sunday, December 15, 2024

Büdcələmə, maliyyə analizi və hesabatvermə üzrə aparıcı mütəxəssis – Veysəloğlu Şirkətlər Qrupu

0
Büdcələmə, maliyyə analizi və hesabatvermə üzrə aparıcı mütəxəssis – Veysəloğlu Şirkətlər Qrupu
06.02.2020

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Büdcələmə, maliyyə analizi və hesabatvermə üzrə aparıcı mütəxəssis
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: Müvafiq sahə üzrə min.2 il
Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Maliyyə hesabatlarını hazırlamaq, logistik xidmətlərin şirkətlərə aylar üzrə işlənib göndərilməsini həyata keçirmək

Vəzifə öhdəlikləri:

– Şirkətin maliyyə hesabatlarının hazırlanması (aylıq, rüblük və illik) və rəhbərliyə təqdim edilməsi;
– Şirkətin rüblük və illik büdcəsinin hazırlanması və büdcəyə nəzarətin həyata keçirilməsi;
– Gəlirlərin və xərclərin analizinin aparılması, büdcə ilə uyğunluğunun müqayisə edilməsi;
– Xərclərin optimallaşdırılması üçün təkliflərin hazırlanması
– Gəlir və xərclərlə bağlı əməliyyətların mühasibat hesablar planına uyğun işlənilməsinə nəzarət etmək.

Tələblər:

– Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) biliyi;
– Maliyyə sahəsində yüksək biliklər;
– Yüksək səviyyədə MS Office proqramları biliyi (Xüsusilə MS Excel) ;
– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
– ERP(Logo) biliyi üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;

Müraciət qaydaları: CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Aparıcı Maliyyə analitiki ” yazıb göndərməklə müraciət edə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər