Bakı
15.07.2021
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “CVM şöbəsində Kiçik mütəxəssis” vakansiyasını elan edirik.
Vəzifə öhdəlikləri:
- Gəlirli və müştəri yönümlü təkliflər dəstinə nail olmaq məqsədi ilə şirkətin məhsul və xidmət portfelinin uyğunlaşdırılması üçün data analitika əsasında təkliflərin verilməsi;
- Layihənin və ya proqramın həyata keçirilməsini əsaslandırmaq üçün biznes halların hazırlanması (biznes halları faydanın, xərcin və riskin analitik əsaslandırılması funksiyasını daşıyır);
- Müştərinin saxlanılması, əldə olunan gəlir, istifadə, və göstəricilər baxımından hər bir kampaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi üzrə müvafiq hesabatların
- Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin, müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi;
- Müştəri istifadənin stimullaşdırılması təşəbbüsləri, artan/çarpaz satış və saxlama kampaniyaları kimi hədəf marketinq kampaniyalarının icrası.
Tələblər:
- İqtisadiyyat, marketinq, tətbiqi riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil;
- Biznesin data analitikası, məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər;
- Yüksək Excel bilikləri;
- SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqların olması mütləqdir;
- Stata, R, Phyton və digər statistik alətlər üzrə əsas biliklərin olması arzuolunandır;
- Təhlil bacarığı;
- Problem həlletmə bacarığı;
- Komanda işi və əməkdaşlıq bacarığı;
- Azərbaycan və İngilis dillərini bilməli;
- Ünsiyyət bacarıqları;
- CRM, məlumatların təhlili və işlənməsi və ya proqnozlaşdırma sahəsində, Telco, FMCG, maliyyə və digər müvafiq sektorlar üzrə minimum 1 illik iş təcrübəsinə malik olmaq arzuolunandır.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “CVM_Kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |