18 C
Baku
Wednesday, April 24, 2024

CVM şöbəsində Kiçik mütəxəssis – Yelo Bank

0
CVM şöbəsində Kiçik mütəxəssis – Yelo Bank
Bakı
15.07.2021

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “CVM şöbəsində Kiçik mütəxəssis” vakansiyasını elan edirik.

Vəzifə öhdəlikləri:

  • Gəlirli və müştəri yönümlü təkliflər dəstinə nail olmaq məqsədi ilə şirkətin məhsul və xidmət portfelinin uyğunlaşdırılması üçün data analitika əsasında təkliflərin verilməsi;
  • Layihənin və ya proqramın həyata keçirilməsini əsaslandırmaq üçün biznes halların hazırlanması (biznes halları faydanın, xərcin və riskin analitik əsaslandırılması funksiyasını daşıyır);
  • Müştərinin saxlanılması, əldə olunan gəlir, istifadə, və göstəricilər baxımından hər bir kampaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi üzrə müvafiq hesabatların
  • Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin, müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi;
  • Müştəri istifadənin stimullaşdırılması təşəbbüsləri, artan/çarpaz satış və saxlama kampaniyaları kimi hədəf marketinq kampaniyalarının icrası.

Tələblər:

  •  İqtisadiyyat, marketinq, tətbiqi riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil;
  •  Biznesin data analitikası, məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər;
  •  Yüksək Excel bilikləri;
  •  SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqların olması mütləqdir;
  •  Stata, R, Phyton və digər statistik alətlər üzrə əsas biliklərin olması arzuolunandır;
  •  Təhlil bacarığı;
  •  Problem həlletmə bacarığı;
  •  Komanda işi və əməkdaşlıq bacarığı;
  •  Azərbaycan və İngilis dillərini bilməli;
  •  Ünsiyyət bacarıqları;
  • CRM, məlumatların təhlili və işlənməsi və ya proqnozlaşdırma sahəsində, Telco, FMCG, maliyyə və digər müvafiq sektorlar üzrə minimum 1 illik iş təcrübəsinə malik olmaq arzuolunandır.

Biz Sizə nə təklif edirik:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  •  Könüllü tibbi sığorta proqramına qoşulma;
  •  Yığım sığortasına qoşulma imkanı;
  •  Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “CVM_Kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi