Bakı
24.08.2023
Əsas tələblər:
- Adiyyatı sahədə iş təcrübəsi
- İqtisadi və ya Kompüter mühəndisliyi ixtisası üzrə ali təhsil
- Sərbəst komputer istifadəçisi
- Data vizuallaşdırma Power BI bilikləri
- Məlumat bazasında işləyə bilmək üçün SQL biliyi
- Excel-də Power Query və PowerPivot biliyi olmalı
- R studio, Python, Excel VBA kimi toollar uzre biliklərin olması üstünlükdür
- Adaptasiya və sərbəst araşdırma qabiliyyəti
Vəzifə öhdəlikləri:
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə işləmək bacarığı;
- Məlumatların analizi üçün proqramlaşdırma dilində lazımi kodların yazılması;
- Ayrı-ayrı mənbələrdən təmin edilən məlumatların standartlaşdırılaraq məlumat bazasına yüklənməsi;
- Dövri olan data və hesabatların daha qısa zamanda təmin edilə bilməsi üçün hesabatların avtomatlaşdırılması və aylıq olaraq yenilənməsi;
- Məlumatların müntəzəm yenilənmə prosesinin icrası;
- Statistik və analitik hesabatların hazırlanması;
- Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq ticari proseslərin əlaqələndirilməsi, zəif nöqtələrin və imkanların aşkarlanması, kanalların və xərclərin səmərəliliyi üzrə araşdırma etmək;
- Davranış modellərinə əsasən bazarın, satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib edir;
- Bazar tendensiyaları, müştəri davranışı və maliyyə performansının proqnoz edilməsi üçün proqnozlayıcı modellər inkişaf etdirmək
Əmək şəraiti:
- İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 118
- 6 günlük iş rejimi;
- Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq.
Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Data Analitik” yazaraq öz şəkilli CV-lərini yollaya bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | İT |