“PAŞA Sığorta” ASC namizədləri Data elmi və aktuari üzrə funksional rəhbər (Data Science & Actuarial Chapter Lead ) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri
• Müştəri xəritəsinin inkişafı və optimizasiyası üçün Data analizi metodlarının tətbiq etmək;
• Verilən datanı məlumata və şirkət üçün rəqabət üstünlüyünə çevirmək;
• Qərar vermə mərhələsində komandanı məlumatlandırmaq məqsədilə məhsul xüsusiyyətləri və müştəri münasibətlərinin öyrənilməsi;
• Ehtiyac olan digər analizlərlə bağlı komandaya dəstək vermək.
Təcrübə
• Kompüter elmləri, Maşının öyrənməsi (Machine Learning), Tətbiqi statistika, Ekonometrika, Riyaziyyat və ya digər texniki ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
• Minimum 2 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
• Sığorta sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
Biliklər
• Kodlarşdırma bacarıqları (Python, R və bu kimi proqramlarda işləmək);
• SQL və bu kimi proqramlarda analiz etmə təcrübəsinə malik olmaq;
• Data vizuallaşdırma alətləri ilə işləmək;
• Yüksək həcmli verilənlər bazası ilə işləmək və təhlil etmək ;
• A/B testləri dizayn etmək, izləmək və təhlil etmək ;
• Azərbaycan və rus dillərini səlis bilmək;
• İngilis dilini bilənlərə üstünlük veriləcəkdir.
Bacarıqlar
• Güclü ünsiyyət bacarığı;
• Dəyişən prioritetlərə yüksək hazırlıq;
• Komanda ilə işləmək bacarığı;
• Yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları;
• İntizamlı və çarpaz funksional iş mühitində işləmək bacarığı.
Son müraciət tarixi: 15 yanvar 2021-ci il
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “Data Science & Actuarial Chapter Lead” “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |