Daxili Audit Departamentinin Direktoru
Vakansiya haqqında
Şirkət : AtaSığorta ASC
Son müraciət tarixi: 30.11.2020
Əsas Vəzifə öhdəlikləri:
• DAD fəaliyyətlərinin Daxili Audit Təlimatı və Beynəlxalq Daxili Audit Standartlarına uyğun yerinə yetirilməsi;
• DAD-nə rəhbərlik etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qaydaların tərtibi;
• Risklərin qiymətləndirilməsi əsasında DAD planının hazırlanması;
• Risk qiymətləndirməsinin əsasda auditin icrası;
• DAD planının yekunlaşdırılması və Təftiş Komissiyası tərəfindən təsdiqinə nail olmaq;
• Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında Təftiş Komissiyasının diqqətinə çatdırılması;
• Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların audit obyekti rəhbərliyi ilə razılaşdırılması;
• Bütün DAD yoxlama hesabatlarının düzgün keyfiyyət və effektiv tərzdə hazırlandığına təminat verilməsi;
• DAD-nin fəaliyyəti haqqında mütəmadi şəkildə Təftiş Komissiyasına məruzə edilməsi və məlumatın çatdırılması;
• DAD tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı;
• Sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilmiş normativlərin və icrası məcburi olan göstərişlərin, digər norma və məhdudiyyətlərin yerinə yetirilməsi üzrə nəzarətin işləyib işləmədiyini yoxlamaq;
• Sığorta fəaliyyətinin qanunauyğunluğunu yoxlamaq;
Tələb olunan təhsil və iş təcrübə:
• Ali təhsil (Hüquq və ya İqtisadi sahədə)
• Maliyyə sahəsində ən azı 5 il iş təcrübəsi
• Hər hansı uyğun peşəkar kvalifikasiyalar üzrə sertifikatlar üstünlükdür
Tələb olunan bacarıq və səriştəliklər:
• MS Office proqramlarının peşəkar istifadəçisi (xüsusilə Excel);
• Sərbəst Azərbaycan dili və İngilis dili, Rus dili üstünlükdür;
• Daxili audit prosesi üzrə bacarıqlara malik olmaq;
• Müstəqil qərarvermə qabiliyyəti;
• Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
• Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
• Audit rəyləri hazırlama və yazma bacarığı;
Müraciət etmək üçün:
CV-nizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda “Daxili Audit Departamentinin Direktoru” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |