12 C
Baku
Wednesday, December 11, 2024

Daxili Audit departamentinin direktoru – Mətanət A

0
Daxili Audit departamentinin direktoru – Mətanət A
Bakı
29.03.2021

“Mətanət A” şirkəti Daxili Audit departamentinin direktoru vakansiyasını elan edir.

İşin təsviri:

– Audit Departamentinin fəaliyyətinin təşkili və idarə edilməsi;
– İllik audit planının tərtibi, audit obyektlərinin və auditin həcminin müəyyən edilməsi,
– Plan əsasında keçiriləcək daxili audit yoxlamaların təşkilini aparmaq;
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilinin həyata keçirilməsi;
– Risklərin qiymətləndirməsi və auditin icrası;
– Audit yoxlamaları zamanı əldə edilmiş nəticələrin rəhbərliyə təqdim edilməsi;
– Audit zamanı aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair qərarların həyata keçirilməsi barədə rəhbərliyə mütəmadi məlumat verilməsi;
– Şirkətin aylıq, rüblük və illik audit hesabatlarının hazırlanması;
– Nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi, nöqsanların buraxılmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi barədə səmərəli təkliflərin verilməsi;
– Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işinin həyata keçirilməsi;

İş şəraiti:

– İş saatı: 09-00-dan 18-00-dək;
– İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

– Razılaşma yolu ilə.

Tələblər:

– Təhsil: Ali
– İş təcrübəsi: Minimum 3 il iş təcrübəsi olan;
– Yaş həddi: 30-45 yaş;
– Dil bilikləri: Azərbaycan və Rus dili (İngilis dili biliyi arzuolunandır)
– Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək;
– Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
– Şəxsi avtomobilin olması mütləqdir.

Şəxsi keyfiyyətləri:

– İşə planlı yanaşma;
– Yüksək ünsiyyət bacarığı;
– Nitq mədəniyyəti;
– Təmkinlilik, etibarlılıq, özünəinam;
– Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.

Əlavə tələblər:

– Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

– CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər