10 C
Baku
Thursday, December 12, 2024

Daxili Audit Departamentinin Meneceri – Kontinent İnşaat MMC

0
Daxili Audit Departamentinin Meneceri – Kontinent İnşaat MMC
Bakı
19.04.2023

Bilməlidir:

  • Daxili audit Departamentinin fəaliyyətinin təşkil və idarə olunmasını təşkil etmək.
  • Daxili Audit layihələrinin həyata keçirilməsini təşkil etmək.
  • Mürəkkəb mühasibat uçotu prosedurları haqqında dərin biliyə malik olmaq, yarana biləcək mühasibat problemlərini müəyyən edə bilmək və onların aradan qaldırılması istiqamətində tövsiyyələr vermək.
  • Audit yoxlamaları zamanı meydana çıxan ən aktual və vacib məsələləri həll etmək üçün onların prioritetlərini müəyyənləşdirmək və həlli üçün müvafiq resurslar yönləndirmək.
  • Fırıldaqçılıq və ya texniki səhvlər üzrə detektiv və preventiv daxili nəzarət mexanizmlərinin hazırlanması, tətbiqi və mütəmadi olaraq bu mexanizmaların işləməsinin yoxlanılması.

Vəzifə funksiyası:

  • Təyin olunmuş audit sahəsi üzrə geniş, ətraflı və praktik audit planın hazırlanması.
  • Audit planına aid olan fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onların əhəmiyyətlilik dərəcəsini və fəaliyyətə xas olan məcmu risk dərəcəsini qiymət, cədvəl və keyfiyyət baxımından qiymətləndirmək.
  • Təyin olunmuş daxili audit layihələrinin fəaliyyətini təmin etmək.
  • Daxili auditor funksiyasını yerinə yetirməyə qadir olan işçiləri düzgün istiqamətə yönləndirmək və onlara dəstək olmaq.
  • Rəhbərliyi auditin əhatəsinə dair hesabatlar və təyin olunmuş sahə üzrə audit fəaliyyətinin  nəticələri ilə təmin etmək və eyni zamanda həmin nəticələrin düzgün izahını verərək yoxlama  qrafikini və əhatəsini optimallaşdırmaq.
  • Aparılmış audit prosedurlarının nəticəsi olaraq hazırlanan audit hesabatlarını nəzərdən keçirərək hesabatların məzmununu qiymətləndirərək, üst səviyyədəki rəhbərlik ilə müzakirə olunacaq məsələləri yekunlaşdırmaq.
  • Yekun hesabatları hazırlayaraq, həmin hesabatların məzmununu cavabdeh rəhbərlər ilə müzakirə etmək.
  • 1C üzərindən işin gedişatının sənəd dövrüyyəsinə nəzarətin təşkil edilməsi.
  • Tikinti layihələrinin büdcəsinin yoxlanılması, yekun mənfəətliliyə dair hesabatların yoxlanılması.
  • Layihənin gedişatı müddətində büdcəyə nəzarətin aparılması, faktiki xərclərin büdcəyə uyğunluluğunun yoxlanılması

Namizədə dair tələblər:

  • İqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə – Ali təhsil
  • Minimum 5 il əlaqəli sahələrdə iş təcrübəsi. Tikinti sahəsində təcrübəsi olanlara üstünlük verilir.
  • Kompüter bilikləri: 1C və MS Office əla səviyyədə.
  • İnşaat və Smeta işləri üzrə biliklərin olması.
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;

Maraqlanan namizədlər mail ünvanına Daxili Audit Departamentinin Meneceri başlığı ilə CV göndərə bilər.  [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər