7 C
Baku
Thursday, December 12, 2024

Daxili Audit üzrə Müdir – Norm OJSC

0
Daxili Audit üzrə Müdir – Norm OJSC
05.12.2022

Hesabat verdiyi/tabe olduğu vəzifə: Baş Audit İnzibatçısı

İş yeri: Əsasən Qaradağda yerləşən zavod ofisi

Əlavə olaraq həftəiçi müəyyən günləri evdən və şəhər ofisindən işləmək imkanı var

Tələblər:

  • İqtisadi sahədə (maliyyə, mühasibatlıq, audit və s. ) ali bakalavr təhsili;
  • Əlaqədar sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Baş Mütəxəssis və ya Qrup Rəhbəri vəzifələrində iş təcrübəsi mütləqdir;
  • Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
  • MS Office proqramlarını yüksək səviyyədə bilmək, SAP bilikləri arzu olunandır;
  • CİA, ACCA kimi beynəlxalq ixtisaslaşmalar üzrə sertifikatları olanlara ustünlük veriləcək.

Tələb olunan kompetensiyalar:

  • Müştəri yönümlülük;
  • Analitik düşüncə, təşəbbüskarlıq;
  • Dürüstlük, obyektivlik, qərar verə bilmə;
  • Effektiv kommunikasiya, mübahisələrin idarə edilməsi;
  • Vaxtın düzgün idarə edilməsi, stresə dözümlülük;
  • Yenilikçilik və davamlı inkişaf;
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma.

Vəzifə və Öhdəliklər:

  • İllik Audit Planına əsasən və ya plandan kənar  həyata keçirilən audit layihələrinin aparılmasını təşkil etmək və qrup rəhbəri kimi məsul olmaq ;
  • Daxili audit layihələrinin həyata keçirilməsi üzrə iş proqramını tərtib etmək və icrasına məsul olmaq;
  • Daxili audit yoxlamalarının nəticələrinə dair işçi faylları, hesabatları və s. hazırlamaq;
  • Yoxlanılan proses üzrə daxili nəzarət sisteminin adekvatlığını və effektivliyini qiymətləndirmək, rəy formalaşdırmaq və nöqsanların aradan qaldırılması istiqamətində praktik tövsiyyələr vermək;
  • Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına cavabdeh olmaq;
  • Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq  risklərinin qiymətləndirilməsini aparmaq.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını qeyd etməklə göndərməyiniz xahiş olunur. [email protected]

Son Müraciət Tarixi: 16.12.2022

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər