14 C
Baku
Thursday, May 2, 2024

Daxili Auditor – İcraçı Kredit Agentliyi

0
Daxili Auditor – İcraçı Kredit Agentliyi
İcraçı Kredit Agentliyi
07.11.2019

Vəzifə: 0,5 ştat daxili auditor

Müddət: 05 noyabr 2019-20 noyabr 2019

İcraçı Kredit Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatına 0,5 ştat daxili auditor vəzifəsinə təcrübəli mütəxəssis işə dəvət edilir.

Bakı, Azərbaycan

İKA-nın Təşkilatına 0,5 ştat daxili auditor vəzifəsinin məsuliyyət və vəzifələrinə aşağıdakılar daxildir:

– İKA-nın ayrı-ayrı əməkdaşları və struktur bölmələrinin icra etdiyi əməliyyatların qanunvericiliyə, normativ aktlara və daxili sənədlərə uyğunluğunu müəyyən etmək məqsədilə, mütəmadi olaraq yoxlamaların aparılmasını təmin edir;
– İKA-nın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, təlimatların, daxili sənədlərin, peşə etikası standartlarının tələblərinin pozulması faktlarını tədqiq edir, uyğunsuzluqları, yaxud saxtakarlıq əlamətlərini aşkara çıxarır;
– Aşkar edilmiş nöqsanların aradan qaldırılması və buna nəzarət məqsədilə tövsiyyələr işləyib hazırlayır;
– Aparılmış yoxlamaların nəticələri və aşkar edilmiş hər bir faktın müvafiq qaydada sənədləşdirilməsini təmin edir;
– Aparılmış yoxlamaların nəticələri, aşkar edilmiş yeni risklər, nöqsan və çatışmazlıqlar və onların aradan qaldırılması barədə vaxtında rəhbərliyə məlumat verir;
– İKA-nın əməkdaşları tərəfindən qanunvericiliyin, normativ aktların, daxili sənədlərin tələblərinin öyrənilməsi üzrə işin təşkilinə nəzarət edir;
– Mühasibat uçotu və hesabat sisteminin adekvatlığını təhlil edir;
– İnzibati nəzarət mexanizmləri və qaydalarının, habelə əməliyyatların səmərəliyinə qiymət verir;
– Yeni siyasət formalaşdırılarkən və köhnə siyasətə yenidən baxılarkən, yaxud yeni fəaliyyət növlərinin planlaşdırılması prosesində və onların tətbiqinin müxtəlif mərhələlərində nəzarət mexanizmlərinin mövcudluğunu təmin edir.

Müddət

Daxili auditor ilə 3 ay sınaq müddətinə müqavilə imzalanacaqdır. Sınaq müddətindən sonra onun vəzifəyə uyğunluğunun qənaətbəxşliyi müəyyənləşdirilərək, tutduğu vəzifəyə təsdiq ediləcəkdir.

İxtisaslaşma

Məlumat idarəetmə sistemləri üzrə mütəxəssisi aşağıdakı keyfiyyətə, ixtisasa və təcrübəyə malik olmalıdır:

a) Azərbaycan vətəndaşı olmaq və azərbaycan dilində səlis bilmək;
b) İqtisadiyyat, maliyyə və kredit sahəsi üzrə ali təhsil;
c) Maliyyə, mühasibatlıq və kredit sahəsində təcrübə;
d) Excel/Word, Access proqramında, E-poçtla işləmək bacarıqları daxil olmaqla, kompüterdə əla işləmək bacarığı;
e) Tələbkar, prinsipal və təhlil etmək bacarığına malik olma;
f) Ünsiyyət qurmaq, əməkdaşlarla birgə işləmək xüsusiyyətləri.

Ünvan:

Bakı şəh., Əhməd Rəcəbli küçəsi, 21 F,
[email protected]
Tel./Fax: 464-83-35; mobil: (50) 348-10-03

İşin aid olduğu sahə

KateqoriyaAuditor