7 C
Baku
Thursday, December 12, 2024

Daxili auditor – Mətanət A

0
Daxili auditor – Mətanət A
12.03.2019

“Mətanət A” şirkəti Daxili auditor vakansiyasını elan edir

İşin təsviri:

 Plan əsasında daxili audit yoxlamalarını aparmaq;
 Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
 Şirkətin xərclərinin səmərəliliyini qiymətləndirmək;
 Şirkətin, ona tabe olan müəssisə və təşkilatların struktur bölmələrinin fəaliyyətinin normativ hüquqi aktlara və təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;
 Ehtiyatlardan istifadənin səmərəliliyi, düzgünlüyü, onlardan istifadəyə nəzarəti və zərərdən mühafizə olunmanın yetərliliyini qiymətləndirmək;
 Anbar qalıqlarını yoxlamaq və əsas vəsaitlərin inventarizasiyasını aparmaq;
 Audit yoxlamaları nəticəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərin tətbiq edilməsinə dair rəy bildirmək;
 Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq;
 Aparılan yoxlamaların nəticələri haqqında hesabat və təqdimat materiallarının hazırlanması;
 Şirkətdə risk idarəedilməsinin inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərin aparılması qaydasına rəy bildirmək;
 Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq faktlarının ortaya çıxarılmasını qiymətləndirilməsini və sübuta yetirilməsini həyata keçirmək;
 Şirkətin aylıq, rüblük və illik hesabatlarını yoxlamaq;
 Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
 Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və  bazar günü.

Əmək haqqı:

 Razılaşma yolu ilə.

Tələblər:

 Təhsil: Ali (İqtisadi)
 İş təcrübəsi: Audit və mühasibat sahəsində ən azı 3 il iş təcrübəsinin olması;
 Yaş həddi: 25-45;
 Dil bilikləri: Azərbaycan və Rus dili;
 Kompüter bilikləri: 1C Proqramını və MS Office yaxşı səviyyədə bilmək.
 Şəxsi avtomabilinin olması mütləqdir.

Şəxsi keyfiyyətləri:

 İşə planlı yanaşma;
 Yüksək ünsiyyət bacarığı;
 Nitq mədəniyyəti;
 Təmkinlilik, etibarlılıq, özünəinam;
 Səliqəli, təşkilatçı, operativ, bacarıqlı.

Əlavə şərtlər:

 Ezamiyyət imkanları.

Əlavə tələblər:

 Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur.

Qeyd:

 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
 Bu vakansiya üzrə ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər