Bazarın liderlərindən biri olan “ParaBokt” ASC daxili auditor vəzifəsinə işçi qəbulu elan edir. Karyeranı bu sahədə görür və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifələr:
- Audit fəaliyyətinin risk əsaslı illik planını hazırlamaq;
- ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədilə bütün sahələrdə aparılan əməliyyatların mütəmadi auditini həyata keçirmək;
- Xərclərin səmərəliliyini qiymətləndirmək;
- Mühasibat uçotu və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
- ASC-nin fəaliyyətinin təsdiq edilmiş fəaliyyət planına uyğunluğunu yoxlamaq;
- “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək;
Tələblər:
-
- Ali təhsil
- Minimum bank sahəsində iş təcrübəsi 1-3 il
- Azərbaycan, Rus və İngilis dilləri üzrə biliklər
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Daxili Auditor” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
İşin aid olduğu sahə
Kateqoriya | Auditor |