9 C
Baku
Friday, December 13, 2024

Kredit üzrə mütəxəssis – ParaBokt

0
Kredit üzrə mütəxəssis – ParaBokt
Ağdaş, Bakı, Bərdə, Gəncə, Goranboy, Göyçay, İsmayıllı, Sabirabad, Şəki, Tovuz
18.01.2022

Kredit üzrə mütəxəssis 

Bazarın liderlərindən biri olan “ParaBoktBakı, Bərdə, Tovuz, Gəncə, Goranboy, Ağdaş, Göyçay, Sabirabad, Şəki, İsmayıllı filialları üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. Karyeranı satış təmsilçisi sahəsində görür və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirmək istəyirsənsə, səni peşəkar komandamıza qoşulmağa dəvət edirik.

Əsas vəzifələr:

  • Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
  • Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
  • Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
  • Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
  • Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali təhsil/ natamam ali təhsil;
  • Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
  • Cins: kişi (arzuolunandır)
  • Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
  • Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Lombard krediti üzrə təcrübəsi olan namizədlərə üstünlük veriləcək

İş qrafiki

  • Bazar ertəsi – Cümə: 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Kredit üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Kredit işçisi