2 C
Baku
Saturday, December 14, 2024

Daxili nəzarət şöbəsində aparıcı mütəxəssis – Azər Türk Bank

0
Daxili nəzarət şöbəsində aparıcı mütəxəssis –  Azər Türk Bank
Bakı
29.06.2021
Vakansiya haqqında məlumat:

 

Daxili Nəzarət və Maliyyə Monitorinqi departamentinin

Daxili nəzarət şöbəsində aparıcı mütəxəssis

Namizədə olan tələblər

  • Ali təhsil
  • Audit, risk və daxili nəzarət sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək
  • Bank sahəsində iş təcrübəsi arzuolunandır
  • Əla səviyyədə Azərbaycan dili, İngilis və ya Rus dili biliyi arzuolunandır
  • Proseslər üzrə daxili nəzarət və risklərin qiymətləndirilməsi üzrə biliklər
  • Daxili nəzarət və risklərin idarə edilməsi üzrə bilik və bacarıqlar
  • Fərdi yoxlama aparmaq qabiliyyəti
  • Azərbaycan dilində hesabatları tərtib etmə qabiliyyəti
  • CİA, ACCA və s. sertifikatların olması üstünlükdür

Vəzifə öhdəlikləri

  • Cari fəaliyyət zamanı Bank tərəfindən keçirilən bütün əməliyyatlara gündəlik nəzarətin həyata keçirilməsi;
  • Struktur bölmələrdə monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
  • Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
  • Bankın fəaliyyətində nəzarət mexanizmlərinin tətbiq edilməsi məqsədi ilə müvafiq hesabat formalarının hazırlanması.

CV-lərinizi atb.az saytının Karyera bölməsinə keçid edib və ya vakansiyanın adını qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək Komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi