Bakı
16.05.2023
Vakansiyanın təsviri
- Nəzərdən keçirilən sahələrin öz planlaşdırma, mühasibat, mühafizə və nəzarət fəaliyyətlərini rəhbərliyin prinsipləri, tətbiq edilən siyasət və prosedurlara, həmçinin Agentliyin məqsədlərinə və auditin ali standartlarına uyğun şəkildə icra etdiyini müəyyənləşdirməkdə daxili nəzarət və audit şöbəsinin müdirinə kömək etmək;
- Maliyyə hesabatlarının dəqiqliyi və ədalətliliyi barədə obyektiv və məlumatlı fikri təmin etmək üçün məlumatları əldə etmək və təhlil etmək;
- Daxili nəzarət və audit şöbəsinin müdirinin rəhbərliyi altında tapşırılan daxili nəzarət və audit yoxlamalarının istiqamətini və dərəcəsini müəyyən etmək;
- Daxili nəzarət və audit şöbəsinin müdirinə təqdim edilən hesabatda ifadə edilən fikirləri təsdiq edəcək işçi sənədlər hazırlamaq;
- Mühasibat və menecment nəzarətlərinin səmərəliliyini, məlumatların dəqiqliyini, həmçinin aktivlərin təhlükəsizliyini və mövcudluğunu qiymətləndirmək məqsədilə Agentliyin əməliyyatlarının daxili nəzarət və audit tədbirlərində iştirak etmək;
- Daxili nəzarət və audit tövsiyələrinə nə dərəcədə əməl edilməsini müəyyənləşdirmək üçün daxili nəzarət və audit tədbirlərindən sonrakı yoxlamalar (riayətə nəzarəti) həyata keçirmək;
- Peşə təhsilini davam etdirməklə cari mühasibat və audit təcrübəsi barədə biliklərini yeniləşdirmək və saxlamaq;
- Agentliyin bütün hesabatları, sənədləri, fəaliyyət və sövdələşmələrinin müfəssəl auditini planlaşdırmaq və həyata keçirmək;
- Daxili nəzarət və audit planları, müvəffəqiyyətə dair hesabatlar və əhəmiyyətli aşkarlamalar barədə hesabatlar kimi daxili hesabatlar hazırlamaq;
- Daxili nəzarət və audit şöbəsinin müdirinə daxili nəzarət və audit proqramlarının işlənib hazırlanmasında kömək etmək;
- Əldə edilən sübutedici məlumatları və yekunları ümumiləşdirən işçi sənədlər hazırlamaq;
- Agentliyin maliyyə, idarəetmə və əməliyyat sahələrinin, funksiyalarının, fəaliyyətlərinin, məlumat və sövdələşmələrinin daxili nəzarət və audit tədbirləri çərçivəsində daxili nəzarət və audit şöbəsinin baş mütəxəssisinə köməklik etmək;
- Toplanılmış və təhlil edilmiş faktların əsasında məlumatlı və obyektiv fikir formalaşdırmaq və daxili nəzarət və audit şöbəsinin baş mütəxəssisi ilə müzakirədən və onun baxmasından sonra daxili nəzarət və audit şöbəsinin müdürünə təqdim etmək üçün hazırlamaq;
- Əmək haqqı: 1400 AZN+
Xüsusi tələblər
- Microsoft windows, excel, powerpoint, word, visio.
- İngilis və rus dili B2 səviyyə;
- İş təcrübəsi: Sahə üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
- Təhsil: İqtisadiyyat və idarəetmə / Maliyyə, mühasibat uçotu və audit, kommersiya, menecment, iqtisadiyyat, biznesin idarəedilməsi və s.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |