7 C
Baku
Sunday, December 15, 2024

Direktor müavini – Improtex Group

0
Direktor müavini – Improtex Group
Bakı
11.12.2020

İmproteks Şirkətlər Qrupuna aşağıdakı vakansiya üzrə işçi tələb olunur:

Direktor müavini

Tələblər:

– Ali təhsil
– Yük avtomobilləri və ağır tikinti və kənd təsərrüfatı texnikası sahəsində minimum 3 il iş təcrubəsi;
– Məntiqi və analitik düşünmə qabiliyyətli və təşəbbüskarlıq
– Vəzifə öhdəlikləri üzrə mövqeyini izah və müdafiə etmək bacarığı;
– MS Office ilə qabaqcıl istifadəni bilməli;
– Azərbaycan, rus və ingilis dillərini bilməli;
– Ünsiyyətcil, səlist və aydın danışıq qabiliyyətinə malik olmalı
– Təqdimat bacarığına sahib olmalı;
– Yaş: 25-45;

Vəzifə öhdəlikləri:

– Satış, İcarə, Servis və Marketinq şöbələrinin işini idarə edir və personal seçimində iştirak edir.
– Ümumi işin və xidmətlərin həcminin artırıması məqsədi ilə tədbirlər təşkil edir.
– Şirkətin strateqiyasının hazırlanmasında birbaşa iştirak edir.
– Şirkətin qiymət siyasətinin və endirim proqramlarının hazırlanması və inkişafı.
– Şirkətlərin təqdimatlarının, o cümlədən sərgilərdə iştirakının və digər tədbirlərin inkişaf etdirilməsində və həyata keçirilməsində iştirak edir.
– Yük avtomobilləri, ağır tikinti və kənd təsərrüfatı texnikası üzrə bazarın təhlilinin və araşdırmalarının aparılmasında iştirak edir və nəzarət edir
– Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərdə iştirak edir
– İşgüzar yazışmaların, korporativ danışıqların aparılmasını, təqdimatların keçirilməsini və təkliflərin verilməsni həyata keçirir.
– Rəqib fəaliyyətləri və kampaniyaları haqqında məlumatları rəhbərliyə bildirir
– Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edir; Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanmasını təşkil edir;
– Tender prosesində şirkəti təmsil edir;

Əlavə məlumat:

İş qrafiki: Həftə içi 6 gün, Bazar günü istirahət
Əmək haqqı qarşılıqlı razılaşma əsasında

Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “Direktor müavini” sözünü qeyd etməklə [email protected] elektron poçtuna göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər