16 C
Baku
Thursday, April 25, 2024

Direktor – Yelo Bank

0
Direktor – Yelo Bank
Bakı
16.11.2020

Struktur: Pərakəndə biznes məhsullarının Satışı departamenti
Vəzifə: Direktor
Bilavasitə tabeçiliyi: İdarə Heyətinin sədrinin müavini / Pərakəndə bankçılıq idarəsi üzrə baş direktor

Vəzifə öhdəlikləri:

– Bankın strategiyası (Strateji Pərakəndə Satış Planı), habelə Bаnk rəhbərliyinin Departamentin fəаliyyətinə dаir qərаr və lаyihələri ilə işləyir;
– Öz səlаhiyyətinə аid məsələlərlə bağlı Bаnkın аdındаn yаzışmаlаr аpаrır və Bankı üçüncü şəxslər qarşısında təmsil edir;
– Departament qаrşısınа qоyulаn vəzifələrin icrаsı məqsədi ilə Bankın digər struktur bölmələri ilə qaşılıqlı əməkdaşlığının təşkil edir;
– Bаnкın Pərakəndə biznes satışının inкişаfınа təsir göstərən qərаrlаrın qəbul оlunmаsı barədə təkliflər verir;
– Departament daxilində olan bütün şöbələrin işini təşkil və nəzarət edir;
– Bankın kredit, qeyri-kredit və bank kartları məhsulların satışını, partnerlarla işi təşkil edir;
– Pərakəndə biznes məhsullarının satışı üzrə filialların fəaliyyətinə funksional rəhbərlik edir;
– Pərakəndə biznes müştərilərə xidmət üzrə Bankın satış nöqtələri şəbəkəsinin inkişaf etdirilməsində iştirak edir;
– Normativ aktlar və Bankın inzibati sənədlərinə əsasən verilmiş səlahiyyətlər cərçivəsində fəaliyyət göstərir;
– Pərakəndə Biznes Məhsullarının Satışı Departamentinin inkişaf strategiyası, qısamüddətli və uzunmüddətli perspektivdə prioritetləri, departamentin fəaliyyətinin kəmiyyət göstəriciləri və büdcəsinin planlaşdırılması üzrə təklifləri hazırlayır;
– Struktur, ştat cədvəli, vəzifə adları və siyahısı,əmək haqqı dəyişikliyi, Pərakəndə biznes məhsullarının Satışı departamentinin və ümumilikdə Bankın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə təklifləri hazırlayır;
– Departamentin tərkibinə daxil olan və satış nöqtələrində tabeçiliyində olan bütün əməkdaşların Struktur, ştat cədvəli, vəzifə adları və siyahısı,əmək haqqı dəyişikliyi yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə təklifləri hazırlayır;
– Departamentin tərkibinə daxil olan və satış nöqtələrində tabeçiliyində olan bütün əməkdaşların, əmək intizamına, davamiyyətinə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə nəzarət edir;Departament daxili bütün şöbələrin müdirlərinin vəzifə öhdəliklərini Departament daxilində olan bütün şöbələrin nəticəsi barədə İdarə Heyyətinin Sədrinin müavininə – kuratora hesabat verir;.
– İdarə Heyəti qarşısında hesabatları təqdim edir;

Tələblər:

– Bankın dəyərlərinə uyğun işlərin təşkili;
– Ali təhsil;
– Bank sektorunda zəruri minimum iş təcrübəsi 5 il, pərakəndə satış istiqamətində ən azı 3 il rəhbərlik təcrübəsi ;
– AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nin filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında bilik;

– AR-in Əmək qanunvericiliyinin əsasları haqqında bilik;
– Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
– Microsoft office, bank və digər xüsusi proqramların istismarıStrukturlarla danışıqların və işgüzar ünsiyyətin aparılma qabilliyyəti;
– Xarici dil bilməsinə üstünlük verilir (rus dili – yaxşı, inglis dili-arzuolunandır)
– Yüksək dərəcədə analitik qabiliyyət;
– Komandada işləmək və qərarları qəbul etmək bacarığı;
– Məsuliyyət;
– Nəticə əldə etməyə meyl;
– Stressə davamlılıq

Siz elektron poçtun “mövzu” yerinə “Direktor” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi