Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan tibb müəssisələrinə direktorun inzibati məsələlər üzrə müavini vəzifəsinə vakant yerlər elan edir:
İş yeri:
- Bərdə Rayon Mərkəzi Xəstəxanası
- Xocalı Rayon Mərkəzi Xəstəxanası
- Şuşa Rayon Mərkəzi Xəstəxanası
- Zəngilan Rayon Mərkəzi Xəstəxanası
- Goranboy Rayon Mərkəzi Xəstəxanası
- Göyçay Rayon Mərkəzi Xəstəxanası
- Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası
- Qubadlı Rayon Mərkəzi Xəstəxanası
- Naftalan Şəhər Mərkəzi Xəstəxanası
- Ağsu Rayon Mərkəzi Xəstəxanası
- İsmayıllı Rayon Mərkəzi Xəstəxanası
- Masallı Rayon Mərkəzi Xəstəxanası
- Bakı üzrə tabeli müəssisələr
Əmək haqqı:
Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- İdarəetmə, iqtisadiyyat, hüquq, maliyyə və ya əlaqədar sahələrdə ali təhsil (magistr dərəcəsi olan namizədlərə üstünlük veriləcək)
- Eyni vəzifədə və ya oxşar sahədə ən azı 7 il iş təcrübəsi (2 il rəhbərlik təcrübəsi olmaqla);
- Yüksək təşkilatçılıq və idarəetmə bacarıqları;
- Yaxşı kommunikasiya və münaqişə həlli bacarıqları;
- Kompüter bilikləri: Microsoft office (sərbəst səviyyədə);
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin təşkili və idarə olunmasını bilməli;
- Tibb müəssisəsinin iqtisadi və maliyyə fəaliyyətinin təşkilini bilməli;
- Xarici və ölkədaxili tibb müəssisələrinin qabaqcıl iş təcrübəsini, tibbi sığortanın əsaslarını bilməli;
- Vətəndaşların müraciətlərinə baxılması qaydasını bilməli;
- Kargüzarlığın aparılmasına dair təlimatı, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını bilməli.
İşin təsviri
- tibb müəssisəsinin gəlirlərinin artırılması və hədəflərinin reallaşdırılması üçün tədbirlər görür;
- mühasibat, hesabatlılıq, maliyyə nəzarəti, insan resurslarının idarə edilməsi, təsərrüfat, təchizat, satınalma, mühafizə, xəstələrin qəbulu və digər inzibati funksiyaları yerinə yetirən struktur bölmələrin işinin lazımi qaydada təşkil olunmasını təmin edir və onlara nəzarəti həyata keçirir;
- tibb müəssisəsinin direktorunun göstəriş və tapşırıqlarına müvafiq olaraq, tabeliyində olan struktur bölmələr üzrə sənədlərə, məlumatlara baxılması, öyrənilməsi, yığımı və təhlilində iştirak edir;
- fəaliyyətinin nəticələri haqqında tibb müəssisəsinin direktorunu mütəmadi olaraq məlumatlandırır, əsas fəaliyyət göstəriciləri üzrə faktiki nəticə ilə hədəflənən (proqnozlaşdırılmış) nəticənin müqayisəsini aparır;
- tibb müəssisəsinin direktoruna lazım olan məlumatları tabeliyində olan struktur bölmələrdən, onun əmr və göstərişlərinin icraçılarından əldə edir, zəruri hallarda əldə edilmiş məlumatları ümumiləşdirir, sistemləşdirir və təhlil edir;
- işçilərin, tabeliyində olan struktur bölmələrin və bütövlükdə tibb müəssisəsinin keyfiyyət göstəricilərinin artırılması üçün müvafiq tədbirlər görür (bununla əlaqədar müvafiq struktur bölmələrin hədəflərini müəyyən edir);
- tabeliyində olan struktur bölmələrin fəaliyyətinə, işçilərinin vəzifələrinin yerinə yetirilməsinə, onların icra və əmək intizamına nəzarət edir;
- səlahiyyətləri çərçivəsində tabeliyində olan struktur bölmələrin yaradılması, yenidən təşkili və ləğv edilməsi, habelə yeni ştat vahidlərinin ayrılması barədə direktora təkliflər verir;
- səlahiyyətləri daxilində korrupsiya və maraqlar toqquşması hallarının olmaması üçün tədbirlər görür;
- səlahiyyətləri daxilində icrası məcburi olan göstərişlər verir, onların icrasının təşkili və icrasına nəzarəti həyata keçirir;
- həvalə edilmiş sahələr üzrə fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə tibb müəssisəsinin direktoruna təkliflər verir;
- tabeliyində olan struktur bölmələrin statistik və digər hesabatlarının hazırlanması və tibb müəssisəsinin direktoruna təqdim edilməsi işini təşkil edir və ona nəzarət edir;
- baş vermiş hadisələr və ya yol verilmiş nöqsanlar barədə məsul şəxslərdən izahatları alır;
- tabeliyində olan struktur bölmələr üzrə nizam-intizama, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə nəzarət edir;
- müəssisənin təşkilati-idarəetmə strukturunun, fəaliyyətinin forma və metodlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
- tabeliyində olan işçilərin həvəsləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsi haqqında tibb müəssisəsinin direktoruna təkliflər verir;
- tibb müəssisəsinin satınalma qaydalarına uyğun təchizatının təmin edilməsinə nəzarət edir;
- aidiyyəti üzrə yuxarı rəhbərliyin iş planında, əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsində tibb müəssisəsinin rəhbərinə köməklik edir;
- tibb müəssisəsinin direktorunun əmr və göstərişlərini icra edir və icra statusu barədə direktoru məlumatlandırır;
- tabeliyində olan struktur bölmələrin növbətçilik cədvəlini tərtib edir;
- aidiyyəti üzrə yuxarı rəhbərliyin və tibb müəssisəsinin direktorunun tapşırıqlarını, əmr və göstərişlərini icra edir;
- həyata keçirilən işlərin Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlara uyğunluğunu təmin edir.
Tələb olunan sənədlər:
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Diplomun surəti;
- CV.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- Tələb olunan sənədlər [email protected] ünvanına göndərilməlidir;
- Mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (məsələn, direktorun inzibati məsələlər üzrə müavini-XXX RMX) qeyd olunmalıdır;
- CV-lər 02.10.2024-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin sənədləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |