15.07.2019
Distant kanallar şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssis
Tələblər:
- iqtisadiyyat /maliyyə sahəsində ali təhsil;
- bank sahəsində analoji vəzifədə azı 1-2 illik iş təcrübəsi (bankın kart biznesi, internet bankinq və rəqəmsal bankçılıq);
- Azərbaycan Respublikasının bank qanunvericiliyi sahəsində biliklər;
- bank kart məhsullarını hazırlamaq bacarığı;
- prosessinq mərkəzləri ilə işləmək bacarığı;
- bankın müştəriləri və tərəfdaşları ilə səmərəli əlaqələr qurmaq bacarığı, kart buraxılışı/təkrar buraxılışı/bağlanması, qoşulma xidmətləri sahəsində qarşılıqlı əlaqələrin qurulması;
- kart biznesinin müşayiəti üzrə avtomatlaşdırılmış informasiya proqramları ilə işləmək bacarığı;
- dil bilikləri: Azərbaycan, rus dillərini mükəmməl səviyyədə bilmək, ingilis dilini bilənlərə üstünlük verilir;
- MS Office proqramlarına (Word, Excel, Power Point) bələd olma.
Vəzifələri:
- rəqabətədavamlı məhsul çeşidinin yaradılması;
- rəqiblərinin məhsul çeşidi izlənməsi, Bankın məhsullarının tariflərinə müvafiq parametrlərinin daxil edilməsi və yenidən baxılması;
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı |