8 C
Baku
Thursday, December 12, 2024

Bank Kartları şöbəsinin Mütəxəssisi – PASHA Bank ASC

0
Bank Kartları şöbəsinin Mütəxəssisi – PASHA Bank ASC
15.07.2019

“PASHA Bank” ASC Bank Kartları şöbəsinin Mütəxəssisi vakansiyasını elan edir.

Vəzifənin məqsədi:

Biznes mərkəzlərdən və müştəri menecerlərindən daxil olan emissiya, ekvayrinq və elektron bankçılıq sorğularının vaxtında icra olunmasına, məhsulların və avadanlıqların düzgün sazlanmasına və işləməsinə məsuliyyət daşıyır.

Vəzifə öhdəlikləri:

• Emissiya, Ekvayrinq və Elektron bankçılıq sorğularının vaxtında icra olunması
• Məhsulların və avadanlıqların düzgün sazlanması və işləməsi
• Şöbədaxili proseslərin və sistemlərin təkmilləşdirilməsi
• Prosedurlar və qaydalar üzrə biliklərin artırılması

Tələb olunan bilik, bacarıq və təcrübə:

• Təhsil: Maliyyə və İqtisadiyyat, İnformatika və Avtomatlaşdırma üzrə ali təhsil
• Tələb olunan iş təcrübəsi: 2+ il 
• Lisenziya / Sertifikat: Ödəniş sistemləri üzrə sertifikatlar
• Xarici dillər: İngilis, Rus 
• Kompüter bilikləri: Microsoft Office
• Məhsul üzrə biliklər: Kart məhsulları, Rəqəmsal məhsullar
• Bazar üzrə biliklər: Ödəniş sistemlərinin qaydaları, Kart sistemləri üzrə biliklər
• Başqa tələblər: Təşəbbüskarlıq, Komandada işləmə bacarıqları

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 15.08.2019-cu il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Bank Kartları şöbəsinin Mütəxəssisi” yazaraq göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı