12 C
Baku
Bazar ertəsi, Noyabr 29, 2021

Dövlət qurumu 1000-1600 manat maaşla işçilər axtarır

0
Dövlət qurumu 1000-1600 manat maaşla işçilər axtarır
Şabran, Siyəzən, Xızı
12.11.2021

Vakant vəzifələr: Mütəxəssis və orta idarəetmə vəzifələri 

Əmək haqqı: 1000-1600 (vergilər daxil olmaqla)

Vəzifə funksiyaları:

  • Müvafiq qayda, təlimat və standartlara uyğun olaraq Ərazi Məşğulluq filiallarına müraciət edən  şəxslərə aidiyyəti üzrə məşğulluq xidmətlərinin göstərilməsi;
  • İşsiz şəxslərin özünüməşğulluğuna kömək məqsədilə işsiz şəxslərə məsləhətlərin və məlumatların verilməsi;
  • Əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə yardımın göstərilməsi;
  • Vətəndaşlardan daxil olan təklif, ərizə və şikayətlərə baxılması, onlara vaxtında cavab verilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlərin görülməsi;
  • Vətəndaşlardan daxil olan sənədlərin düzgünlüyünün yoxlanılması və onların qəbul edilməsi;
  • Zərurət yarandıqda vətəndaşlara iş və ya yaşayış yerlərində, habelə olduqları yerlərdə müvafiq səyyar xidmətlərinin göstərilməsi;
  • Müraciət aidiyyəti üzrə olmadığı hallarda müraciət edən şəxslərə müvafiq istiqamətlərin verilməsi;
  • Müvafiq sahədə xidmətlərin təkmilləşdirilməsi, habelə innovasiyaların tətbiqi ilə əlaqədar təkliflərin verilməsi;
  • Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilməsi.

Vəzifənin tutulmasına dair tələblər: 

  • Təhsil tələbi: (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
  • İş stajı: vətəndaşlara xidmət və sosial sahədə iş təcrübəsi olan əməkdaşlara üstünlük verilir;
  • Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).

Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar: 

  • Məsuliyyətlilik;
  • Etibarlılıq, dürüstlük;
  • İnkişaf yönümlü və innovativlik;
  • Operativlik, çeviklik;
  • Təşəbbüskarlıq;
  • Nəticəyə hədəfli;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “10 Saylı Ərazi Məşğulluq Filialı (Siyəzən, Şabran, Xızı)” qeyd etməklə göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz. Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları
X