Bakı
11.11.2021
Bakı şəhərində yerləşən “Al Market” mağazalar şəbəkəsində 18 yaş və üzəri 200-ə yaxın şəxsi işlə təmin edəcək. Fürsətdən yararlanmaq istəyən şəxslər 12 noyabr tarixində Azərsun Mədəniyyət Mərkəzində keçiriləcək növbəti “Açıq Qapı” gününə qatılmalıdırlar. “Al Market” mağazalar şəbəkəsindən verilən məlumata görə Bakıda yerləşən mağazalara aşağıdakı sayda işçi qəbulu nəzərdə tutulur:
Səbail rayonu-12 nəfər
Yasamal rayonu-25 nəfər
Nərimanov rayonu-28 nəfər
Binəqədi rayonu-28 nəfər
Sabunçu-20 nəfər
Nəsimi rayonu-26 nəfər
Nizami rayonu-17 nəfər
Xətai rayonu-22 nəfər
Xəzər rayonu-18 nəfər
Vakansiyalar:
-Satıcı-kassir
-Müdir müavini
Tələb olunan sənədlər:
-Şəxsiyyət vəsiqəsi
-Hərbi bilet
-Əmək kitabçası (əgər varsa)
Saat: 11:00, 13:00 və 15:00 (üç növbə)
Ünvan: Heydər Əliyev pr., 92a (“Şəfa” stadionunun yaxınlığında)
Əlavə məlumat üçün: wa.me/994552047575
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |