10 C
Baku
Thursday, December 12, 2024

Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə elan edib – 7 vakant yer

0
Dövlət Miqrasiya Xidməti işə qəbulla əlaqədar müsahibə elan edib – 7 vakant yer
24.05.2019

Dövlət Miqrasiya Xidməti (DMX) kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə və dövlət qulluğunun yardımçı vəzifələrinə işə qəbulla əlaqədar müsahibə elan edib.

DMX-dən bildirilib ki, vakant vəzifəni tutmaq məqsədilə keçiriləcək müsahibə zamanı ümumi dünyagörüşünə, həmçinin özünü təqdimetmə, kollektivdə işləmək, problem həlletmə, yaradıcılıq və təşəbbüskarlıq xüsusiyyətlərinə, kompüter və xarici dil biliklərinə malik olan şəxslərə üstünlük verilir.

Vətəndaşlar aşağıda qeyd olunan vakant vəzifələrə işə qəbulla əlaqədar müsahibəyə dəvət olunur:

Gəncə regional miqrasiya idarəsi-1 yer (baş mütəxəssis);

Lənkəran regional miqrasiya idarəsi-2 yer (kiçik inspektor-mühafizəçi, baş mütəxəssis);

Xaçmaz regional miqrasiya idarəsi-1 yer (baş mütəxəssis);

Şəki regional miqrasiya idarəsi-2 yer (kiçik inspektor-kargüzar, baş mütəxəssis);

Yevlax şəhər qanunsuz miqrantların saxlanılması mərkəzi-1 yer (kiçik inspektor-kargüzar);

Şərtlərə uyğun gələn, müsahibədə iştirak etmək arzusu olan şəxslər vakant olan yalnız bir vəzifəyə işə qəbul edilməsi üçün ərizə ilə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

kadrlar uçotunun şəxsi vərəqəsi;

ərizə;

şəxsiyyət vəsiqəsinin surəti;

təhsil haqqında sənədin surəti;

hərbi biletin surəti (olduğu təqdirdə);

əmək kitabçasının surəti (olduğu təqdirdə).

Müsahibədə iştirak etmək üçün sənədlər mayın 22-dən iyunun 21-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək Dövlət Miqrasiya Xidmətinin Aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202) və ya elektron qaydada (migration.gov.az) qəbul olunur.

Əlaqə nömrəsi: (012) 562-53-01.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları