19 C
Baku
Sunday, September 29, 2024

Dövlət orqanı rəhbərinin müşaviri – Diasporla İş üzrə Dövlət Komitəsi

0
Dövlət orqanı rəhbərinin müşaviri – Diasporla İş üzrə Dövlət Komitəsi
Bakı
13.07.2023

Vakansiyanın təsviri

  • Sədrin həvalə etdiyi gənclərlə iş sahəsinə funksional nəzarəti həyata keçirir
  • Sədrin həvalə etdiyi gənclərlə iş sahəsinin inkişafı istiqamətində zəruri tədbirlər görür
  • Gənclərlə iş sahəsi üzrə sədrin xüsusi tapşırıqlarını yerinə yetirir
  • Komitənin fəaliyyət sahəsinə aid olan beynəlxalq və ya ölkədaxili tədbirlərin  keçirilməsi işinin təşkil edilməsində iştirak edir
  • Komitənin fəaliyyətinin istiqamətləri, prioritetlər və dövlət diaspor siyasətinin əsas prinsipləri üzrə sədrin tapşırığı əsasında işlərin yerinə yetirilməsinə nəzarət edir
  • Sədrin həvalə etdiyi gənclərlə iş sahəsi üzrə mövcud vəziyyəti ümumiləşdirmək, onların fəaliyyətini təhlil etmək və mütəmadi olaraq sədrə məlumat verir
  • Sədrin tapşırığı əsasında həvalə olunmuş gənclərlə iş sahəsi üzrə işlərin yerinə yetirilməsinin forma və metodları haqqında təkliflər hazırlayır
  • Dövlət əhəmiyyətli məlumatların çatdırılması  və xidməti zərurətlə əlaqədar sədrlə operativ əlaqə saxlayır və yaranmış vəziyyətlə bağlı sədrin verdiyi göstəriş və tapşırıqların yerinə yetirilməsi üçün operativ iş qurur
  • Qəbul edilmiş qərarlar üzrə gözlənilən pozitiv və neqativ nəticələr barədə sədri məlumatlandırır
  • Sədrin səfərlərində onu müşayiət edir
  • Qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir

Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

  • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.

Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

  • ali təhsil haqqında sənədin surəti;
  • əmək kitabçasının surəti.

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: ali təhsil
  • İş stajına dair tələblər: dövlət qulluğunda 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2;Rus dili-B2;

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları