Bakı
13.07.2023
Vakansiyanın təsviri
- Sədrin həvalə etdiyi gənclərlə iş sahəsinə funksional nəzarəti həyata keçirir
- Sədrin həvalə etdiyi gənclərlə iş sahəsinin inkişafı istiqamətində zəruri tədbirlər görür
- Gənclərlə iş sahəsi üzrə sədrin xüsusi tapşırıqlarını yerinə yetirir
- Komitənin fəaliyyət sahəsinə aid olan beynəlxalq və ya ölkədaxili tədbirlərin keçirilməsi işinin təşkil edilməsində iştirak edir
- Komitənin fəaliyyətinin istiqamətləri, prioritetlər və dövlət diaspor siyasətinin əsas prinsipləri üzrə sədrin tapşırığı əsasında işlərin yerinə yetirilməsinə nəzarət edir
- Sədrin həvalə etdiyi gənclərlə iş sahəsi üzrə mövcud vəziyyəti ümumiləşdirmək, onların fəaliyyətini təhlil etmək və mütəmadi olaraq sədrə məlumat verir
- Sədrin tapşırığı əsasında həvalə olunmuş gənclərlə iş sahəsi üzrə işlərin yerinə yetirilməsinin forma və metodları haqqında təkliflər hazırlayır
- Dövlət əhəmiyyətli məlumatların çatdırılması və xidməti zərurətlə əlaqədar sədrlə operativ əlaqə saxlayır və yaranmış vəziyyətlə bağlı sədrin verdiyi göstəriş və tapşırıqların yerinə yetirilməsi üçün operativ iş qurur
- Qəbul edilmiş qərarlar üzrə gözlənilən pozitiv və neqativ nəticələr barədə sədri məlumatlandırır
- Sədrin səfərlərində onu müşayiət edir
- Qanunvericiliyə uyğun olaraq digər funksiyaları həyata keçirir
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
Xüsusi tələblər
- Təhsilə dair tələblər: ali təhsil
- İş stajına dair tələblər: dövlət qulluğunda 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B2;Rus dili-B2;
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |