Bakı
08.06.2021
Dövlət Sosial Müdafiə Fondu müvafiq vakant vəzifələrə işçi qəbulu üçün müsabiqə elan edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əsasən Bakı şəhərində yerləşən struktur bölmələrindəki vakant vəzifələrə işçi qəbulu üçün müsabiqə elan edir. Fonda pensiya, sosial müavinətlər və təqaüdlər, ünvanlı dövlət sosial yardımı, sosial sığorta, maliyyə və mühasibatlıq, vətəndaşların yazılı müraciətlərinin araşdırılması istiqamətləri üzrə işçilər tələb olunur. İşə qəbul prosesi test imtahanı və müsahibədən ibarət olmaqla iki mərhələdə keçiriləcək.
Namizədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az saytı vasitəsi ilə e-xidmətlər bölməsində “Dövlət Sosial Müdafiə Fondunun vakansiyalarına müraciət” pəncərəsinə daxil olaraq müraciət edə bilərlər. Onlar işə qəbul üçün müraciət vərəqini nümunəyə uyğun formada doldurub skan etməli, “pdf” fayl formatında yükləyərək təsdiqləməlidirlər. Yalnız ərizəsini (müraciət vərəqini) təsdiq etmiş namizədlərin müraciətlərinə baxılacaq.
Vakant vəzifələrin tələblərinə uyğun gələn namizədlər test imtahanı mərhələsində iştirak etmək hüququ qazanacaq və namizədlərə imtahanın keçiriləcəyi yer və vaxt barədə bildiriş göndəriləcək. İmtahanda qiymətləndirmə qeyd edilən elektron portalda yerləşdirilmiş ədəbiyyat siyahısına əsasən tərtib edilmiş 100 test tapşırığından ibarət olacaq. İmtahan nəticələri barədə məlumatlar da e-sosial.az saytında yerləşdiriləcək.
Test imtahanını müvəffəqiyyətlə verən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Onlara müsahibənin keçiriləcəyi yer və vaxt barədə bildiriş göndəriləcək, həmçinin DSMF-nin sosial şəbəkə hesablarında və kütləvi informasiya vasitələrində də bu barədə məlumat veriləcək.
Qeyd: Namizədlərə mobil telefonla deyil, kompüter vasitəsi ilə müraciət etmələri tövsiyə olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |